Xəbər Lenti
Dünən, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
2-11-2026, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Ermənistan-Azərbaycan sülhü Aİ üçün geniş imkanlar açır”
“Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda ilkin imzalanmış sülh sazişi Avropa İttifaqı (Aİ) üçün də geniş əməkdaşlıq imkanları açır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransı zamanı söyləyib.
“Biz Cənubi Qafqazdakı inkişafları, xüsusilə Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesini yaxından izləyirik. Odur ki, ilkin imzalanmış sülh sazişi Avropa İttifaqı üçün də geniş əməkdaşlıq imkanları açır”, – deyə Merts bildirib.
Xatırladaq ki, Nikol Paşinyan bu gün rəsmi səfər çərçivəsində Almaniyaya yollanıb.























































