Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
6-12-2025, 07:49

Neftimiz bahalaşdı

08 Dekabr 2025 12:30Manşet / Gündəm / Elm-təhsil

Xədicə Ələkbərova – Qobu qəsəbə təhsilinin fədakar rəhbəri, maarifçiliyin ləyaqətli siması

 

Qobu qəsəbəsi Ə. İbrahimov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Xədicə Ələkbərova uzun illərdir ki, pedaqoji sahədə göstərdiyi yüksək peşəkarlıq, idarəçilik bacarığı və səmərəli fəaliyyəti ilə tanınan nümunəvi bir maarif işçisidir. Onun rəhbərlik etdiyi məktəb bu gün yalnız təhsil müəssisəsi deyil, eyni zamanda elmi-mədəni mühitin formalaşdığı, şagirdlərin bilik, tərbiyə və vətəndaşlıq keyfiyyətlərinin inkişaf etdiyi bir mərkəzdir. Xədicə xanım məktəb direktorunun üzərinə düşən məsuliyyəti dərindən dərk edən, təhsilin keyfiyyətini daim yüksəltməyə çalışan fədakar bir rəhbərdir.


Xədicə Ələkbərovanın pedaqoji fəaliyyətində ən mühüm məqam onun təhsilə olan böyük sevgisi, müəllim və şagird kollektivinə göstərdiyi insani münasibətdir. O, hər zaman bildirir ki, güclü təhsil güclü gələcəyin əsas şərtidir. Şagirdlərin hərtərəfli inkişafı üçün məktəbdə yüksək səviyyəli təlim-tərbiyə mühiti yaradılması əsas məqsədlərindən biridir. Onun təşəbbüsü ilə məktəbdə innovativ üsullar tətbiq olunur, müasir tədris metodikaları əsasında dərslərin təşkili təmin edilir. Bu da öz növbəsində məktəbin təhsil göstəricilərinin ildən-ilə yüksəlməsinə səbəb olur.


Direktor kimi Xədicə Ələkbərova kollektivlə işləməyi, onların potensialını doğru qiymətləndirərək məktəbin inkişafına yönəltməyi bacaran liderdir. Müəllimlərlə qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanan münasibət qurulması məktəbdə sağlam pedaqoji mühit formalaşdırmışdır. Onun rəhbərliyi dövründə müəllimlərin peşəkarlığının artırılması istiqamətində mütəmadi seminarlar, təlimlər təşkil olunur. Bu da müəllimlərin öz üzərlərində daha fəal işləməsinə və tədrisin keyfiyyətinin yüksəlməsinə imkan yaradır.


Xədicə xanım şagirdlərə yalnız bilik verilməsini deyil, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasını da əsas prioritet hesab edir. Məktəbdə keçirilən tədbirlər, layihələr, vətənpərvərlik mövzusunda dərnəklər və sosial təşəbbüslər şagirdlərin sağlam düşüncəli, dövlətinə və xalqına bağlı vətəndaş kimi formalaşmasına mühüm təsir göstərir. Bu baxımdan, onun fəaliyyətində milli ideyaların təbliği, şəhid ailələrinə və qazilərə diqqət və qayğı prinsipləri xüsusi yer tutur.


Onun rəhbərliyi ilə məktəbdə yaradılan akademik mühit şagirdlərin Respublika fənn olimpiadalarında, intellektual yarışlarda, müsabiqə və layihələrdə uğurlu iştirakını təmin etmişdir. Xədicə Ələkbərova hər bir şagirdin potensialına inanır, onların bacarıqlarını üzə çıxarmaq üçün xüsusi proqramlar tətbiq edir. Fərqli sahələrdə bacarığı olan şagirdlərin dəstəklənməsi, onların inkişafına yönəlmiş tədbirlərin təşkili onun iş üslubunun mühüm tərkib hissəsidir.


Xədicə xanımın idarəçilik fəaliyyətinin əsas təməl prinsiplərindən biri şəffaflıq və ədalətlilikdir. O, valideynlərlə sıx əməkdaşlıq edir, hər bir ailə ilə qarşılıqlı inam və etimad münasibəti qurur. Valideyn iclaslarının mütəmadi keçirilməsi, məktəb-valideyn-şagird üçbucağında sağlam əlaqələrin möhkəmləndirilməsi təhsilin keyfiyyətinə birbaşa təsir edən mühüm amillərdəndir. Valideynlər onun humanist və qayğıkeş münasibətini, hər bir şagirdin taleyinə məsuliyyətlə yanaşmasını yüksək qiymətləndirirlər.


Xədicə Ələkbərova həm də intizamlı, prinsipial və dövlət siyasətini dərindən anlayan rəhbərdir. O, ölkəmizdə təhsilin inkişafı məqsədi ilə aparılan islahatları dəstəkləyir, Prezident cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi xüsusi diqqəti yüksək dəyərləndirir və bu siyasətə uyğun olaraq məktəbdə ardıcıl yeniliklər həyata keçirir. Xüsusilə son illərdə təhsilin rəqəmsallaşdırılması, tədrisin müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlar Xədicə xanım tərəfindən uğurla icra olunur.


Onun rəhbər olduğu Ə. İbrahimov adına 2 nömrəli tam orta məktəb bu gün Qobu qəsəbəsinin ən nümunəvi təhsil ocaqlarından biri kimi tanınır. Burada həm maddi-texniki baza gücləndirilir, həm də təhsilin ideoloji əsasları möhkəmləndirilir. Məktəbin bütün uğurlarının arxasında isə məhz Xədicə xanımın yorulmaz zəhməti, peşəkarlığı və təhsilə olan böyük sevgisi dayanır.


Xədicə Ələkbərovanın fəaliyyəti bir daha sübut edir ki, əsl rəhbər olmaq üçün yalnız bilik və bacarıq deyil, həm də ürək, məsuliyyət və səmimiyyət lazımdır. O, bütün bu keyfiyyətləri özündə birləşdirən dəyərli bir maarifçidir. Qobu qəsəbə təhsilinə verdiyi töhfələr, yüzlərlə şagirdin həyat yolunda oynadığı müsbət rol onun adını uğur və ləyaqət simvolu kimi möhkəmləndirir.


Bu gün Xədicə Ələkbərovanın rəhbərlik etdiyi məktəbdə qazanan hər bir uğur, yetişən hər bir savadlı gənc onun zəhmətinin bəhrəsidir. O, təhsilə sevgi ilə xidmət edən, qarşısına qoyduğu məqsədlərə yüksək məsuliyyətlə çatan, gələcəyin intellektual nəslinin formalaşmasına əmək verən seçilən bir təhsil rəhbəridir.


 

Hazırladı: Səxavət Yazar