Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Tanınmış iş adamı Spartak Nadirov nədən məhkəməyə verilib: Hətta Ramiz Mehdiyevin adamları vaxtilə onu həbs etdirə də biliblər
Masallı camaatı dadeyirki, SpartakNadirovMasallınıntanınmış sahibkarlarındanvə nüfuzluiş adamlarındanbiridir. Onun yalnız biznes sahəsində deyil, həm də dövlətçiliyə və milli maraqlara sədaqəti ilə seçildiyini də deyirlər. Onun barəsində danışanda xüsusi olaraq onu vurğulayırlar ki, Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan bu iş adamı, bu böyük rayonda dövlətin maraqlarını qoruyan prinsipial simalardan biridir.
İndiyədək redaksiyamıza ötürdüyü hər bir məlumatının dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbəmiz Spartak Nadirovun barəsində də Ulusestv.az məlumat göndərib. Həmin məlumatın ölkə üçün həssas keçən bu məqamda önəmini nəzərə alıb, dərcini vacib bildik.
Məlumata görə, adları cəbhəçi və müxalifət fəalları kimi yozulan araqarışdıranlar Masallıda vaxtaşırı yığıncaq və aksiyalar keçirməyə cəhd etsələr də, onların bu istəkləri heç vaxt baş tutmayıb. Daha dəqiq desək, Spartak Nadirovun nüfuzu və onlara qarşı olan sərt mövqeyi buna imkan verməyib. Çünki rayonda hər kəs bilir ki, onun diqqəti və təsiri altında belə məkirli hərəkətlər həmişə nəticəsiz qalıb. Bütün bunlar isə nəinki araqarışdıranları, hətta Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi də hədsiz dərəcədə hiddətləndirib. Tarixi faktları xatırlasaq, bir daha aydın olar ki, vaxtilə Ramiz Mehdiyev və ona yaxın müxalifət başçıları dəfələrlə Spartak Nadirovun fəaliyyətini dayandırmaq, onu həbs etdirmək üçün planlar qurublar. Nəticədə, Spartaka 10 ay müddətində həbs cəzası verdirə biliblər. Lakin bu cəzası da, onun dövlətçilikdən doğan istəyini və prinsipial mövqeyini sarsıda bilməyib.
Qeyd etmək lazımdır ki, cəbhəçilər Spartak Nadirovu hətta bəzi hüquq mühaifə orqanlarının “qoçusu” kimi təqdim etmək üçün də çalışıblar. Lakin həqiqət belədir ki, Spartak özünü yalnız dövlətin və ölkənin maraqlarını qoruyan, müxalifətin Masallıda həyata keçirməyə çalışdığı məkrli aksiyaları və digər planlarını ciddi şəkildə ifşa edən bir vətəndaş kimi özünü tanıdıb. Video sübutlar da göstərir ki, o, rayonda ictimai asayişin təminatı üçün yorulmadan çalışıb, ölkə rəhbərinin siyasi kursuna zərər verən hərəkətlərin qarşısını almaqdan qorxmayıb. Azadlığa çıxandan sonra da, Spartak Nadirov yenə bu prinsipial mövqeyini qoruyub. Masallıdakı bütün araqarışdıranlar onun nüfuzundan çəkinərək, bir yerə yığışa bilməyiblər. Bu isə onun dövlətçilik prinsipinə sədaqətini bir daha sübut edib.
Sonda bir daha qeyd edirik ki, Spartak Nadirov Masallıda dövlətin və milli maraqların müdafiəçisi, prinsipial və nüfuzlu iş adamı olaraq tanınır. Onun sərt mövqeyi və dövlətçilik sevgisi hər kəsi ehtiyatlı davranmağa məcbur edir. Elə, hal-hazırda Spartak Nadirovla bağlı davam edən məhkəmə prosesi də bunlara görədir.
Günel Əliyeva
Ulusestv.az























































