Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
Qəhvə yuxunun keyfiyyətini artırırmış
Mütəxəssislər aşkar ediblər ki, daimi qəhvə istifadəsi insanın yuxu müddətini azaltsa da, eyni zamanda yuxu keyfiyyətini artırır və onu daha bərpaedici edir.
“Qafqazinfo” xəbər verir ki, Sürix Universitetinin (İsveçrə) mütəxəssisləri bu nəticəyə gəliblər.
Tədqiqatçılar iddia edirlər ki, insan beyni azalan yuxu müddətini dərin yuxu fazalarını intensivləşdirməklə kompensasiya etmək qabiliyyətinə malikdir. “Journal of Psychopharmacology” jurnalında yayımlanan məqalədə bildirilir ki, kofein qlobal miqyasda ən çox istifadə edilən psixostimulyatorlardan biridir. Məsələn, Avropa sakinləri gündə təxminən 86-263 milliqram kofein qəbul edir (təqribən 1-3 fincan qəhvə).
Araşdırmalar göstərir ki, gündə dörd fincandan çox qəhvə içənlərin yuxu müddəti 11-13 dəqiqə azalsa da, aparılan müşahidələr onların yuxusunun daha dərin olduğunu sübut edib. Dərin yuxu fazası orqanizm üçün əsas bərpa mərhələsi olduğundan, alimlər qəhvənin yuxu keyfiyyətinə müsbət təsir göstərdiyini vurğulayıblar.






















































