ARHD.AZ İnformasiya Agentliyinin əməkdaşlarına jilet və baş geyimləri təqdim olundu
ARHD.AZ İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalovun BƏYANATI
Onlayn alış-verişdə gecikmələr: Məhsullar ölkəyə çatır, amma alıcılara yox - VİDEO
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Həbsdə olan baş redaktor Habil Vəliyev sərrast cavabına görə Mehriban Əliyevaya təşəkkür etdi
Peşəkarlığın və insanpərvərliyin ünvanı – Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova
Bakıda "Neokolonializm və Qlobal Bərabərsizlik" adlı beynəlxalq konfrans keçirilir
“Mançester Yunayted” qışda onları satacaq
İngiltərənin “Mançester Yunayted” klubu yaxınlaşan qış transfer pəncərəsində heyətin 4 üzvü ilə yollarını ayırmağa hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilib ki, “qırmızı şeytanlar” satılan oyunçulardan əldə ediləcək vəsaitlə yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir. Satış üçün nəzərdə tutulan futbolçuların sırasında Kobbi Meynu, Coşua Zirkze, Manuel Uqarte və Tayrell Malasiyanın adları hallanır.
Lakin klub rəhbərliyi hazırda çətin vəziyyətlə üz-üzədir. Belə ki, komandanın üç əsas oyunçusu dekabrın ortalarından etibarən Afrika Millətlər Kubokuna yollanacaq. Bu səbəbdən klubun idarəetmə heyəti baş məşqçi Rumen Amorimin heyətini daha da zəiflətmək istəmir.
Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə 14 turdan sonra 21 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.























































