“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Üç yaşlı uşaq dünya rekorduna imza atdı
Üç yaşlı Hindistan vətəndaşı Sarvaqya Sinqh Kuşvaha FIDE-dən rəsmi reytinq əldə edərək, dünya rekorduna imza atıb.
“Qafqazinfo” xəbər verir ki, kiçik şahmatçı ən azı üç reytinq xalı olan rəqibini məğlub etməklə tarixdə rəsmi FIDE xalı alan ən gənc şahmatçı adını qazanıb.
Hindistanın Madhya Pradeş ştatında yaşayan və hazırda bağçaya gedən Kuşvaha üç yaş, yeddi ay və 20 günlük olarkən FIDE sürətli şahmat reytinqi alıb. Beləliklə, o, ötən ilin noyabrında üç yaş, səkkiz ay və 19 günlük ikən rekord qırmış Aniș Sarkarı geridə qoyub.
Kuşvahanın sürətli şahmat üzrə FIDE reytinqi 1572-dir. FIDE xalı almaq üçün oyunçu ən azı bir FIDE reytinqinə sahib rəqibini məğlub etməlidir. Reytinq şahmatçının güc səviyyəsini və performansını ölçən əsas göstəricidir. Hazırda dünya reytinqində birinci olan Maqnus Karlsenin sürətli şahmat xalı 2824-dür.
Kuşvahanın atası Siddharth Sinqh Hindistan mediasına açıqlamasında oğlunun nailiyyəti ilə qürur duydyqlarını deyib:
“Onun bir gün böyük usta tituluna sahib olmasını istəyirik”.
Balaca şahmatçı həm ştat daxilində, həm də Hindistanın müxtəlif bölgələrində keçirilən turnirlərdə reytinqli rəqiblərini məğlub edərək, bu rekorda nail olub.
Qeyd edək ki, Hindistan şahmat dünyasında xüsusi yerə malikdir və ölkə son dünya çempionu Qukeş Dommaraju və beşqat dünya çempionu Vişvanatan Anand kimi tanınmış qrossmeysterləri yetişdirib.























































