“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Bu qidalar orqanlarımızın “əkizi”dir
Gündəlik istifadə olunan qidalarla bir çox orqanlar arasında bənzəyiş olduğunu görmək olar.
“Qafqazinfo” xəbər verir ki, aparılan araşdırmalar nəticəsində həmin qidaların orqanizm üçün çox böyük faydaya malik olduğu məlum olub.
Quruluşca mədəyə bənzəyən zəncəfil mədənin ən yaxın dostudur. Zəncəfil mədə xəstəlikləri ilə çox yaxşı mübarizə aparır. Həmin ədviyyat qidanın orqanizmə sorulmasını sürətləndirir, həzmi asanlaşdırır. Mədədəki iltihabı azaldaraq, toksinlərdən təmizlənməsinə kömək edir.
Kəsilmiş göbələyin forması qulağa bənzəyir. Tərkibi D vitamini ilə zəngin olan göbələk qulaq iltihabı zamanı və sonradan yarana biləcək karlığın qarşısını almaqda kömək edir.
Tərkibi yod, fosfor, kalsium və digər mikroelementlərlə zəngin olan göbələk saç, dəri və dişlərin sağlamlığı baxımından cavabdehlik daşıyır.
Kivinin dilimli halına baxanda onu gözə bənzətmək olur. Həmin meyvə antioksidantlarla zəngindir. Hüceyrələri və gözləri sərbəst radikallardan qoruyur. Kivi göz sağlamlığı üçün faydalı meyvədir, tərkibi kalsium, maqnezium, kalium kimi elementlərlə zəngindir.
Qeyd edək ki, nar meyvəsinin dənələri qan hüceyrələrinə bənzəyir. Belə ki, nar şirəsi qanı zəhərli toksinlərdən təmizləyir, ürəyin fəaliyyətini normallaşdırır, damar tıxanıqlığının qarşısını alır, ürək infarktı riskini azaldır. Bir stəkan nar şirəsinin tərkibində S vitamininə olan gündəlik ehtiyacın 40 faizi var.
Pomidorun daxili forması ürəyə bənzəyir. Həmin faydalı tərəvəzin tərkibində olan likopen maddəsi ürəkdə yaranan tromblaşmanın qarşısını alır, beyin insultu riskini azaldır. Qan təzyiqi yüksək olanlara qida rasionunda pomidora üstünlük vermələri tövsiyə olunur.
Beyinlə qoz arasında əlaqə və oxşayış da çox maraqlıdır. Araşdırmalar göstərir ki, qoz meyvələr arasında gümüş ionları olan yeganə qidadır. Bunun çox maraqlı bir izahı var, çünki insan orqanizmində gümüş ionlara ehtiyacı duyulan yeganə orqan beyindir. Qoz beynin normal inkişafını qorumaq üçün çox faydalıdır. Onun tərkibində olan bioaktiv birləşmələr beyin hüceyrələri üzərində qoruyucu təsir göstərir, zəkanın inkişafına kömək edir.























































