Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 12:53

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 12:54

Sabah 36 dərəcə isti olacaq

04 Dekabr 2025 07:02Manşet / İqtisadiyyat

“Azeri Light” bahalaşdı

 

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,32 ABŞ dolları və ya 0,48% artaraq 66,54 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 66,22 ABŞ dollarına ticarət olunub.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.