Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Bu ərzaqlar mənfi kalorilidir
Bəzi ərzaqlar sıfır və mənfi kaloriliyə malikdir. Söhbət o qidalardan gedir ki, onların həzm prosesinə tərkibində olduğu miqdarda və ya daha artıq kalori sərf olunur.
“Qafqazinfo” xəbər verir ki, bu siyahıya göyərti, xiyar, yosunlar, kələm, qabaq, qulançar daxildir.
Məsələn, xiyarın bir parçasında 10 kilokalori var, onun çeynənməsi və həzminə biz 15 kilokalori sərf edirik. Deməli, xiyar mənfi kalorili ərzaqdır. Bu məlumat arıqlamağa hazırlaşanlar üçün faydalıdır, çünki arıqlayan dövrdə aclıq pəhrizində oturmaq lazım deyil. Rasiona sıfır kaloriliyə malik böyük miqdarda ərzaqlar əlavə etmək kifayətdir.
Mənfi kalorili ərzaqların piyləri əritməsi mifdir. Göyərti, xiyar, yosunlar və yuxarıda adıçəkilən digər ərzaqlar metabolizmi sürətləndirir və həzm prosesini yaxşılaşdırır. Əlbəttə, bu ərzaqların hazırlanması qaydası böyük əhəmiyyət kəsb edir, əgər qabaq unlanıb böyük miqdarda yağda qızardılarsa, o halda artıq pəhriz ərzağına aid edilmir. Eləcə də xiyar və göyərtilərə bolluca mayonez vurduqda eyni vəziyyət alınır.
Hazırda sıfır və ya hətta mənfi kalorili ərzaqların adı çəkilir. Baş kələm, gül kələm, brokkoli, kərəviz, pomidor, xiyar, şirin bibər, qulançar buna misal göstərilir.
Demək olar ki, sıfır kalorili ərzaqların ilk onluğu belədir: su (0 kalori), yaşıl çay (5 kalori/100 qr.), pomidor (18 kalori), kələm (25 kalori), şirin bibər (30 kalori), qabaq (17 kalori), kərəviz (16 kalori), göbələk (27-40 kalori), portağal (47 kalori).
Diyetik hesab edilən kalorili ərzaqların siyahısı isə belə müəyyən olunub: üzüm və digər quru meyvələr, yunan yoqurtu, tünd şokolad, taxıl məhsullarından hazırlanan çörək, salata qatılan ədvalar, keşyu, pekan, zeytun yağı.























































