“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Qax RİH-nin başçısı Elvin Paşayev: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, TARİXİ YADDAŞDAN MÜASİR AZƏRBAYCANIN QÜDRƏTİNƏ DOĞRU
Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
Vətənpərvər iş adamı Eldəniz Zeynalov: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ: XALQIN TARİXƏ YAZDIĞI AZADLIQ SALNAMƏSİ!
Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
Lənkəran ŞİH başçısı Taleh Qaraşov: MİLLİ DİRÇƏLİŞ GÜNÜ – AZƏRBAYCANIN MÜSTƏQİLLİK YOLUNDA MİLLİ İRADƏNİN VƏ TARİXİ QƏTİYYƏTİN TƏNTƏNƏSİ
Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
Göyərtinin sağlamlığımıza faydası goyertinin-saglamligimiza-faydasi
Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Mütəxəssislərin fikrincə, gündə 4-6 porsiya göyərti qəbul etməyin sağlamlığımıza bir çox müsbət təsirləri var.
“Qafqazinfo” xəbər verir ki, göyərtilər tərkibindəki qidalar, antioksidantlar və liflərə görə göz sağlamlığından bağırsaq sağlamlığına qədər bir çox mövzuda əhəmiyyətli rol oynayır. Göyərtilərdən istifadə etmək maddələr mübadiləmizin işləməsində, eləcə də hormonlarımızı tənzimləməkdə də təsirlidir.
Su ilə zəngin qidaların qəbulu orqanizmimiz üçün çox vacibdir. Yetərincə göyərti istehlak etdiyiniz zaman həzm problemlərindən və bədəninizin tələb etdiyi su miqdarını qarşılaya bilmədiyiniz üçün yaranan şişkinlik kimi problemlərdən xilas ola bilərsiniz.
Göyərti istehlakı da əzələ sağlamlığı və əzələ inkişafında çox mühüm rol oynayır. Bunun ilk səbəbi göyərtilərdə olan bol lifdir. Tərkibində lif olan göyərtilərin müntəzəm istifadəsi əzələlərin işini dəstəkləyir. Həmçinin göyərtinin qan axını tənzimləyən təsirləri də var.
Bundan başqa, göyərti istifadə etmək göz sağlamlığımız üçün çox önəmlidir. Xüsusilə gənc yaşda bol miqdarda göyərti istehlakı katarakt kimi yaşa bağlı göz xəstəliklərinin qarşısını almaqda təsirlidir.
Bol göyərti istehlakının ürək sağlamlığımız üçün də müsbət nəticələri var. Göyərti yüksək qan təzyiqi və xolesterolu tarazlaşdırmağa kömək edir, beləliklə infarkt riskini azaldır. Bundan əlavə, tərkibində yüksək miqdarda antioksidant olduğu üçün ateroskleroz, Alzheimer və xərçəng kimi bir çox xəstəliyin əsasını təşkil edən sərbəst radikallara qarşı da qoruyucu rol oynayırlar.























































