Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

Paşinyan Fransaya getdi
10-11-2026, 11:46

Paşinyan Fransaya getdi

29 Noyabr 2025 11:43Manşet / İdman

Hidayət bu dəfə medalsız qaldı

 

Azərbaycan cüdoçuları Hidayət Heydərov və Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin mükafatsız başa vurublar.

“Qafqazinfo” xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub.

Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatara məğlub olub.

Hər iki cüdoçumuz 73 kq çəki dərəcəsində mübarizə aparırdı.

Qeyd edək ki, ötən gün 4 cüdoçumuz medal qazana bilməmişdi.