Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

15 yolda tıxac var - Siyahı
19-10-2026, 10:02

15 yolda tıxac var - Siyahı

04 Avqust 2024 10:30Manşet / İdman

Hidayətlə Zelim kimi...

 

Xəbər verdiyimiz kimi, Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyev vətənə qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, idmançılar hava limanında böyük coşqu ilə qarşılanıb.
Onların ailə üzvləri, yaxınları və azarkeşlər çempionlarımızın yolunu əllərində güllər, pankartlarla gözləyiblər.
Qeyd edək ki, Hidayət Heydərov 73 kq çəki dərəcəsində fransız, Zelim Kotsoyev isə 100 kq-da gürcü rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. 
Hər iki dost bu il həm dünya, həm də Olimpiya çempionu adını qazanıb. Onlar özləri də müsahibələrində güclü dostluqları və bənzər uğur yolları olduğunu paylaşıblar.
Fotolar: Pərvin Zeynal