Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
440 manat alimenti ödəməyən ana məhkəməyə verildi - 500 manat da cərimələndi
Ağsuda atalarının himayəsində olan 4 övladına aliment ödəyə bilməyən ana məhkəməyə verilib.
“Qafqazinfo”nun məlumatına görə, boşanma qərarına əsasən, Səbinə Qulamova (şərti ad-soyadlı) dörd uşağına ümumilikdə aylıq 440 manat aliment ödəməli imiş.
Lakin qadın uzun müddət bu öhdəliyi yerinə yetirməyib. Ərinin icra məmuruna şikayətindən sonra onun 6390 manat aliment borcunun yarandığı müəyyən edilib.
S.Qulamova məhkəmədə deyib ki, alimenti qəsdən yox, imkansızlıqdan ödəyə bilmir. O, atalarının himayəsində olan dörd uşaqdan əlavə, daha bir övladının olduğunu əlavə edib. Qadın deyib ki, həmin övladı ağır xəstəlikdən əziyyət çəkdiyindən qazancının böyük hissəsini onun müalicəsinə sərf edir.
İcra məmuru qadının öhdəliyi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs edilməsini tələb etsə də, məhkəmə başqa qərar qəbul edib. Aylıq 440 manat alimenti ödəyə bilməyən qadın 500 manat cərimə olunub.
Sail Ağasəlim






















































