Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Süddən imtina etsək...
Süddən imtina edilməsi orqanizmə ziyan vura bilər, çünki bu, qida maddələri çatışmazlığına səbəb olur.
“Qafqazinfo” xəbər verir ki, məhz süd məhsulları insan orqanizmi üçün əsas kalsium tədarükçüsü rolunu oynayır, onların nəzərə alınmaması kalsium defisitinə gətirə bilər.
Əlli yaşdan sonra bu mikroelementin çatışmazlığı osteoporozun inkişafına səbəb ola bilər.
Bundan əlavə, südün tərkibində tez həzm olunan zülal var. Uşaqlarda, yeniyetmələrdə, reproduktiv yaşda olan qadınlarda, yaşlı insanlarda, idmançılarda və fiziki fəaliyyətlə məşğul olan insanlarda bu cür zülala ehtiyac çox yüksəkdir.
Südün tərkibində daha nələr var? O, B qrupu (В12, В1, В6) vitaminləri, A vitamini, C vitamini, fosfor, sink, dəmir, selen kimi sağlamlıq üçün vacib olan vitaminlər və mikroelementlərin mənbəyidir.























































