Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: "14 iyul 1969 – Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcıdır"
Professor Yaşar İbadov: "14 iyul 1969 – Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gündür"
Bu giləmeyvə cavanlaşdırır, əhvalı yüksəldir
Quşüzümü ilə qodjini bəzən səhv salırlar, onlar xarici görünüşcə biri-birinə bənzəsələr də, fərqli xüsusiyyətlərə malikdirlər. Çində onu ninsiya itşüzmü, ingilislər isə qodji adlandırırlar. Onu “Tibet zirinci” və digər adlarla tanıyanlar da var.
“Qafqazinfo” xəbər verir ki, cavanlaşdırıcı və arıqladıcı təsirlərinə görə bir çox Hollivud ulduzları və idmançılar öz qida rasionlarında əlavə və tamamlayıcı vasitə kimi ondan istifadə edirlər.
Bəzi pəhrizlərdə onun miqdarının 50 qrama qədər, bəzi pəhrizlərdə isə ondan 1 xörək qaşığından artıq olmaması göstərilir. Qodji tərkibindəki antioksidantların miqdarına görə bitkilər arasında birinci yerdədir - qaragilə ilə müqayisədə antioksidantların miqdarı 25 faiz, narla müqayisədə 2,5, çiyələklə müqayisədə 10 dəfə çoxdur.
Qodjinin qırmızı rəngdə olan şirəli giləmeyvələrinin ölçüsü 1,5 santimetrdir. Bioloji aktiv maddələrlə zəngin olduğuna görə onları dərən kimi yemək zəhərlənməyə səbəb ola bilər. Turşməzə dadı olan giləmeyvələri toplayıb kölgəlikdə qurutmaq və yalnız bundan sonra istifadə etmək olar.

Qodji dünyada ən qiymətli dərman bitkilərindən hesab edilir. Alimlər onun xərçəng xəstəliyi əleyhinə təsir göstərdiyini aşkar ediblər. Tədqiqat nəticəsində aydın olub ki, uzun müddət müntəzəm şəkildə qodji giləmeyvələrindən istifadə edilməsi xərçəng və Alsheymer xəstəliyinin, həmçinin şəkərli diabetin yaranma ehtimalını azaldır. Onun giləmeyvələri ürək-damar sisteminə də müsbət təsir göstərir. Geniş təsir spektrinə malik olduğuna görə bitkini bir çox xəstəliklərin müalicəsində tətbiq edirlər. Ondan mütəmadi istifadə əhval-ruhiyyəni yaxşılaşdırır, depressiyanın qarşısını alır, artıq çəkini azaldır, maddələr mübadiləsini sürətləndirir, qocalma proseslərini ləngidir, yuxunu möhkəmləndirir. Bundan başqa dərinin vəziyyətini yaxşılaşdırır. Menopauzanın neqativ təsirlərini aradan qaldırır, melatonin səviyyəsini normallaşdırır, orqanizmin gücünü bərpa edir, qanda şəkərin səviyyəsini azaldır.
Lakin ilin isti vaxtlarında bitkinin giləmeyvələrindən istifadə etmək olmaz. Həmçinin, şəkərli diabet, hipertoniya və arıçılıq məhsullarına qarşı allergiyası olanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.























































