“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə - Yüngül cəza verildi
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.
Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.
Bildirilib ki, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B. Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyatdan əvvəl yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.
Mərhumun anası S. Kazımova ifadəsində bildirib ki, qızının barmağı hadisədən bir müddət əvvəl oynayarkən çıxıbmış: “Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər, orada bütün müayinələrdən keçdik. Dedilər ki, oraya sınıq-qırığı olanları yollayırlar, mənim uşağımda isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım. Çünki qohumum Yevlax xəstəxanasında həkimin olduğunu söyləmişdi. Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar”.
Onun sözlərinə görə, Yevlaxda Nərminənin əlindən cərrahi əməliyyat olunacağını deyiblər: “Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın barmağında vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyatı olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu”.
Zərərçəkmişin hüquqi varisi qeyd edib ki, əməliyyatxanaya daxil olandan sonra xəstəxanada həyəcan yaranıb, lakin ona heç nə deyilməyib. Bir neçə saat sonra isə övladının vəfat etdiyi bildirilib.
S. Kazımova həmçinin iddia edib ki, uşağın daxili orqanları zədələnib: “Üzərində başqa əməliyyatlar aparılıb, amma mənim bütün bunlardan xəbərim olmayıb. Uşaq xəstəxanaya sağlam getmişdi. Hazırda təqsirləndirilən şəxsləri bağışlamışam. Onlar maddi ziyanı ödəyiblər. Təqsirləndirilən şəxslərdən şikayət və tələbim yoxdur”.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü Bəxtiyar Mustafayevə 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
1997-ci il təvəllüdlü Könül Sadıqovaya da 1 il 6 ay müddətinə səhiyyə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azdlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası himayəsindəki övladı 13 yaşına çatanadək təxirə salınıb.
Aslan Vəliyev























































