350 min manatı şəxsi məqsədləri üçün xərcləyib - “Azərişıq” ASC-nin adı MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
“65 manata göndərilən malı onlar təyyarə bileti qiymətinə çatdırırlar...”
“Mən ABŞ-yə kiçik bağlamalar yollayırdım, yalnız dövlət poçt xidməti sərf edirdi. Avqust ayından isə Azərbaycandan göndərişlər dayandırılıb. “Azərpoçt”un 65 manata göndərdiyi bağlamanı özəl karqo şirkətləri az qala təyyarə bileti qiymətinə - 600 manata çatdırırlar”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şikayətlər sosial şəbəkədə yayılıb.
Vətəndaşlar özəl karqo şirkətlərinin maddi baxımdan sərfəli olmadığını, aylardır dövlət poçt xidmətinin bərpa olunacağı günü gözlədiklərini deyirlər. Onların iddiasına görə, ABŞ tərəfi yeni poçt tarifləri tətbiq etməyə başladığından ölkəmiz poçt göndərişini 3 aydır ki, dayandırıb.
Bu məqamda sual ortaya çıxır: Bəs Azərbaycandan ABŞ-yə poçt göndərişləri bərpa olunacaqmı? Hazırda bununla bağlı hansı işlər görülür?
Bu suallarla “Azərpoçt” MMC-yə ünvanladığımız sorğuya belə cavab aldıq: “29 avqust 2025-ci il tarixindən Amerika Birləşmiş Ştatlarına daxil olan bütün mal tərkibli poçt göndərişlərinə dəyərindən asılı olmayaraq gömrük rüsumu tətbiq edilir və bu rüsum bağlama göndərən ölkədə əvvəlcədən ödənilməlidir. Lakin rüsumların yeni qaydada hesablanması və ödənilməsi mexanizmi hələlik mövcud olmadığı üçün “Azərpoçt” MMC-dən asılı olmayan səbəblərə görə poçt göndərişlərinin daşınması hələ ki mümkün deyil. Sözügedən mexanizmin Ümumdünya Poçt İttifaqının (ÜPİ) Gömrük Bəyannamə Sistemi (CDS) üzərindən tətbiqi istiqamətində müvafiq işlər aparılır”.
Qurumdan həmçinin bildirilib ki, sözügedən məsələ ilə əlaqədar yenilik olduğu təqdirdə “Azərpoçt” MMC tərəfindən ictimaiyyətə məlumat veriləcək.
Gülnar Əliyeva























































