Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

11 Noyabr 2025 08:59Manşet / Gündəm / Dünya

Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfəri zamanı Moskva və Astananın hərtərəfli strateji tərəfdaşlığa keçidi ilə bağlı bəyannamə imzalanacağını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə planlaşdırılıb.

“Moskvaya səfərimin geniş gündəliyinin əsas bəndi Qazaxıstan və Rusiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçməsi haqqında bəyannamənin imzalanması olacaq”, - Tokayev qeyd edib.

O vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında görünməmiş etimad səviyyəsini, eləcə də bütün sahələrdə daha sıx əməkdaşlıq etməyə birgə hazır olduqlarını təsdiq edəcək.