İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Gülməli çıxırdı, titulunun yanında hər zaman elə qeyd edirdilər” - Bayramov
“İkinci Qarabağ müharibəsindən sonra ən vacib məqam ATƏT-in Minsk qrupunun rolunun azaldılması və heçə salınması idi. Onların mandatı münaqişə ilə bağlı idi, münaqişə yoxdursa, manadat yoxdur. Maraqlı idilər ki, münaqişə davam etsin”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişinin ikinci hissəsində deyib.
“Dekabrın 12-si Prezidentin bir görüşü oldu. O görüş tam göstərdi ki, bunların yeni reallıqlarla bağlı heç bir baxışı yoxdur. Prezident də kifayət qədər açıq və sərt formada bildirdi ki, “Siz nə ilə məşğul olacaqsınız?” Bunlar çalışırdılar desinlər ki, burada müzakirə ediləsi elementlər qalıb. Məyus formada getmişdilər”.
Ölkənin Ali diplomatı sonrakı illərdə də Minsk qrupu ilə olunan təmaslardan bəhs edib:
“Son təmas İsveçdə ATƏT Nazirlər Şurası İclası çərçivəsində onlar bizə Ermənistan tərəfi ilə danışıqları təklif etmişdi. Biz razılıq vermişdik, ancaq həmin gün Ermənistan tərəfi növbəti təxribat etmişdi.
Onlardan müxtəlif partiyaları təmsil edən böyük nümayəndə heyəti Qarabağa səfər etmişdi. Biz Stokholmda idik, o məlumat daxil oldu, onda biz həmsədrlərə bildirdik ki, görüşdən imtina edirik. Ermənistan növbəti dəfə bizim ərazi bütövlüyümüzü pozmaqla, təxribatla məşğuldur. Bu məqsədli təxribatdır. Ondan sonra bizim onlarla təmasımız olmayıb.
Ermənistan müəyyən bir dövr ərzində israrla çalışırdı bunu həyatda saxlasın. Hərdən gülməli məqama kimi çıxırdı, deyək ki, Fransa, Amerika, Rusiyadan hansısa bir diplomatla görüşəndə (red.-Baxmayaraq ki, bu bir həmsədr deyil, nümayəndədir) hər zaman onun titulunun yanında “həmsədr ölkəni təmsil edən adam” kimi qeyd edirdilər”.
Daha ətraflı videomaterialda:





















































