İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Şirvan Olimpiya İdman Kompleksinin direktoru Radin Tağıyev: Zəfərimizin Rəmzi – Qalib Azərbaycanın Qürur Günü
Azərbaycan xalqının tarixində əbədi iz qoymuş, hər bir vətəndaşın qürurla xatırladığı 8 Noyabr – Zəfər Günü bu gün dövlətçiliyimizin, xalqımızın, ordumuzun və birliyimizin təntənəsidir. Bu günün əzəməti təkcə hərbi qələbə ilə deyil, eyni zamanda xalqımızın iradəsi, milli ruhu və vətən sevgisi ilə ölçülür.
Zəfər Günü — Azərbaycan xalqının 30 illik nisgilə son qoyduğu, ədalətin və haqqın bərpa olunduğu möhtəşəm bir gündür. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 27 il işğal altında olan Şuşa şəhərini azad etdi. Şuşanın azad olunması ilə Vətən müharibəsində həlledici dönüş yarandı və nəticədə tarixi qələbə ilə torpaqlarımız düşməndən tam təmizləndi.
Bu gün Zəfərimizin beşinci ildönümünü qeyd edərkən, hər bir azərbaycanlı qəlbində o günlərin sevinci və fəxarət hissini daşıyır. 44 günlük Vətən müharibəsi təkcə ordumuzun deyil, bütün xalqımızın birliyinin, həmrəyliyinin və dövlətinə inamının parlaq nümunəsi idi.
Azərbaycanın idman ictimaiyyəti, o cümlədən Şirvan Olimpiya İdman Kompleksi də bu qürurlu günün sevincini bölüşür. Çünki idman da vətənpərvərlik kimi güc, iradə və birlik tələb edir. Bizim gənc idmançılarımız, məşqçilərimiz, müəllimlərimiz hər zaman ordumuzun qəhrəmanlığını örnək götürür, şəhidlərimizin ruhuna ehtiramla yanaşır və Vətən sevgisini öz fəaliyyətlərində yaşadırlar.
Şirvan Olimpiya İdman Kompleksinin kollektivi üçün bu bayram sadəcə bir tarix deyil – bu, milli kimliyimizin, birliyimizin və gücümüzün simvoludur. Biz fəxr edirik ki, bu zəfəri bizə qazandıran qəhrəmanlar arasında idmançılar, polis əməkdaşları, müəllimlər, həkimlər – yəni xalqın hər təbəqəsindən olan insanlar var. Onların cəsarəti, mərdliyi və Vətənə olan sədaqəti hər zaman örnək olaraq qalacaq.
Bu müqəddəs gündə biz başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların göstərdiyi qəhrəmanlıq sayəsində bu gün üçrəngli bayrağımız Qarabağ səmasında qürurla dalğalanır.
Radin Tağıyev qeyd edir ki, Zəfər Günü həm də böyük məsuliyyət günüdür. Çünki bu qələbəni qorumaq, onu gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməli, onlara dövlətçiliyin, bayrağın və torpağın müqəddəs olduğunu anlatmalıyıq. İdman da bu dəyərlərin təbliğində mühüm vasitədir. Sağlam gənclik – güclü dövlətin təminatıdır.
Bu münasibətlə Şirvan Olimpiya İdman Kompleksinin kollektivi adından bütün Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm! Qoy bu günün sevincini hər bir azərbaycanlı ailəsində, hər bir şəhərdə və kənddə hiss etsin. Qoy bayrağımız daim yüksəklərdə dalğalansın, dövlətimiz qüdrətli, xalqımız xoşbəxt olsun!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Müzəffər Ali Baş Komandanımıza!
Yaşasın müstəqil və qalib Azərbaycan!
Fərid Faiqoğlu
AJB-nin üzvü





















































