Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Hadrutun azad olunması Moskva danışıqlarında necə dönüş yaratdı?
“Moskvada danışıqlarda olarkən Hadrutun azad olunması ilə bağlı xəbər çıxdı”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
“Artıq danışıqlar gedirdi. Danışıqların bəlli bir məqamında Fariz Rzayev mənə yaxınlaşdı, dedi ki, Prezidentin Azərbaycan xalqına müraciəti olub. Hadrut azad edilib. Təxminən ondan 10-15 dəqiqə sonra erməni nümayəndə heyətində bir təşviş gördük, nəzərəçarpan bir məyusluq hiss olundu. Məlumat onlara da çatmışdı.
Biz bu arqumentdən danışıqlarda istifadə etdik. Mnatsakanyan 5+2 formatından danışanda, dedik ki, bu formul ümumilikdə işləmir, çünki artıq, Cəbrayıl, Hadrud azad olunub.
O özünü arxayın aparmağa çalışırdı, deyirdi, bu hələ heç nə demək deyil, yaxın günlərdə fərqli xəbərlər eşidəcəksiniz”, - nazir qeyd edib.
Onun sözlərinə görə, danışıqlar çox gərgin gedirdi:
“Nəticə etibarilə artıq səhər saatlarına yaxın bir sənəd üzərinə çıxdıq. Bu, Azərbaycanın maraqlarına uyğun sənəd idi. Birincisi, atəşkəs humanitar atəşkəs adlandırıldı. İkincisi, heç bir sülhməramlı, üçüncü tərəfin təmsilçiliyindən söhbət getmirdi.
Lavrov arqument gətirdi ki, bəs buna necə nəzarət etmək olar? Prezident demişdi ki, belə arqumentdən istifadə etsələr, deyərsiniz ki, həmsədr ölkələrin hamısının peyki var, baxsalar, görərlər ki, kim nəyi pozur. Biz o arqumentlərdən istifadə etdik”.






















































