Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov: “Ulu Öndər Heydər Əliyev – Azərbaycanda sabitliyin təminatçısı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
“Embawood” şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarıdır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Quba 9 Saylı XTY İstismar İdarəsinin rəhbəri İlham Cəbrayılov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan yol strategiyasının inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Ceyhun Bayramov ilk dəfə Rusiyanın planından danışdı
“Vətən müharibəsi dövründə bütün danışıqlar Minsk qrupunun himayəsi altında gedirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində deyib.
O qeyd edib ki, bu müddət ərzində üç dəfə həmsədr ölkələr tərəfindən danışıqlar təşkil edildi:
“Onların hər birinin fərqli cəhətləri vardı. Gərginlik baxımından ən gərgini Moskva danışıqları idi. Moskva görüşü digərlərindən fərqlənirdi. Nə qədər ağır vəziyyət olursa-olsun, öyrəşirsən. Təzyiqə də öyrəşirdik, baxmayaraq ki, arta-arta davam edirdi.
Prezident İlham Əliyev, Ermənistan Baş nazirindən fərqli olaraq, müharibə zamanı heç bir liderə zəng eləmirdi. Rusiya Prezidenti ilə ilk telefon danışığı oktyabrın 7-də oldu. Prezident zəng etdi, çünki Rusiya Prezidentinin ad günü idi. İlk təmasdan sonra ayın 8-də yenidən təmas oldu. Təbii ki, bu mövzuya toxunmamaq mümkün deyildi. Görünən odur ki, Prezident Putin 8-də bu mövzu ilə bağlı xüsusi olaraq zəng etdi.
Rusiya tərəfi israrlı şəkildə danışıqların keçirilməsi, nəticə hasil etməyin vacibliyini qeyd edərək, bunu təklif etdi. Ayın 8-də biz Cenevrədə olarkən, Bakıdan zəng gəldi ki, Prezident danışmaq istəyir, onun təlimatları olacaq.
Prezident dedi ki, belə bir razılıq əldə olunub. Sabah bu mövzunun müzakirəsi ilə bağlı görüş keçirilməlidir, ona görə sən və nazir müavini Moskvaya gedin. Təlimatlarını da verdi.
Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki – 5 il keçib, yəqin, bəzi məqamları açmağın zamanıdır – Rusiya xarici işlər naziri Sergey Lavrov tərəflərə bir sənəd təqdim etdi”.
Nazirin sözlərinə görə, qərarın ilkin layihəsi təqdim edildi. “Gördük ki, sənədə əsasən, 9-dan 10-na keçən gecə 00:00-dan etibarən hərbi əməliyyatların dayandırılması, təmas xəttinin şərq istiqamətində Rusiya sülhməramlı qüvvələri ilə Azərbaycan ordusunun dayanması, təmas xəttinin qərb istiqamətində Ermənistan silahlı qüvvələri ilə Rusiya sülhməramlılarının dayanması əks olunub.
Təklif olunan sənəddə artıq 9 -da atəşkəs elan olunan kimi dərhal, heç bir əlavə şərtlər razılaşdırılmadan, o cümlədən, erməni hərbçiləri orada qalmaqla, ərazilər boşaldılmadan, həm şərq, həm qərb tərəfdən Rusiya rülhməramlılarının yerləşdirilməsi əksini tapmışdı.
Təsəvvür edin, 9 oktyabr tarixində biz haradayıq, vəziyyət nə yerdədir, həm şərq, həm qərbdə Rusiya sülhməramlılarının yerləşdirilməsi o deməkdir ki, bütün məsələnin tam dondurulması təklif olunur. Aydındır ki, bundan sonra artıq heç nə baş verə bilməzdi.
Prezidentdən tamam fərqli təlimatlar almışdıq: biz öz mövqeyimizdən çıxış edərək, fərqli məsələlərin qaldırılması, Ermənistan tərəfi ilə danışmağa hazırıq, Ermənistan tərəfi cədvəli təqdim etsin, nə vaxt çıxmağı planlaşdırırlar. Bu sənədə Ermənistan tərəfi, onların naziri Zohrab Mnatsakanyan da öz narazılığını ifadə etməyə başladı ki, bu belə olmamalıdır, Azərbaycan tərəfi 27 sentyabr tarixinə olan mövqelərə çəkilməlidir, biz təzyiq altında danışıqlar aparmayacağıq, Azərbaycan beynəlxalq hüququ pozub, güc tətbiq edib. Bu mövzuların cavabları asan idi. Hər şey necə olub, onun yadına salındı.
Sanki bu iki mövqe arasında Rusiyanın mövqeyi daha neytral idi: çəkilməyə ehtiyac yoxdur, siz olduğunuz mövqedə qalırsınız, ancaq Rusiya sülhməramlıları da burada sizinlə birlikdə olmalıdır.
Danışıqlar bir neçə saat çəkdi və mövqelərdə heç bir tərpəniş yox idi. Rusiya tərəfi də bunu çox israrla davam etdirirdi. Bəlli bir məqamda Lavrov belə bir fənddən istifadə etdi: dedi ki, siz Cenevrədən gəlirsiniz, ola bilsin ki, son inkişaf barədə məlumatlı deyilsiniz. Mən tam məlumatlıyam, məndə bütün qeydlər var. Liderlərin dünən danışıqları olub, sizin mövqeyiniz isə qeyri-konstruktivdir. Bu, yaxşı təklifdir.
Dedik ki, bizim konkret mövqeyimiz var, amma fasilə edib əlavə təlimatlar almağa ehtiyac var. Onlar bunu dəstəklədilər, fasilə elan edildi. Bizə qonşu otaqda məsləhətləşmək təklif edildi. Dedik, biz öz səfirliyimizə gedib geri dönərik. Biz səfirliyə getdik, Ermənistan nümayəndə heyəti isə orada qaldı.
Səfirlikdə Bakı ilə əlaqəyə çıxdıq, Prezident öz təlimatlarını təkrarladı. Hansı arqumentlərdən istifadə etmək lazım olduğunu da bir-bir dedi. Biz oraya geri dönəndə bütün Rusiya və xarici media orada idi. Onların ilkin gözləntisi ondan ibarət idi ki, atəşkəs 00:00-da elan ediləcək.
Qeyd edim ki, danışıqlar gedərkən Lavrova Putin zəng etdi. O zəng edəndə, Lavrov çıxırdı, Şoyqu zəng edəndə isə bizim yanımızda danışırdı.
Hamı üçün aydın oldu ki, bəlli bir mövqe var və biz bu mövqedən geri çəkilməyəcəyik. Dedik, bu gün nəticə hasil edilmirsə, sabah davam edə bilərik. Nəticəni həmin gün əldə etmək onlar üçün önəmli idi”, - C.Bayramov vurğulayıb.























































