“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
İstanbul derbisində “Fənərbağça”dan əzmkar qələbə
Türkiyə Superliqasının 11-ci turu İstanbul derbisi ilə yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Fənərbağça”nı qəbul edib.
Oyuna “sarı-lacivərdlər” zəif başlayıb.
“Beşiktaş” 5-ci dəqiqədə El Bilal Turenin qolu ilə açılan hesabı 22-ci dəqiqədə Emirhan Topçunun dəqiq zərbəsi ilə artırıb.
Lakin “ağ-qaraların” oyunçusu Orkun Kökçü 26-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qırmızı karta görə hakimə sərt etiraz edən “Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın da meydandan qovulub.
Bunun ardınca “Fənərbağça” dominant oyun sərgiləyərək 32-ci dəqiqədə İsmayıl Yüksekin qolu ilə fərqi bir xala endirib.
“Sarı-lacivərdlər” 45+3-cü dəqiqədə bərabərlik qolunu vurub.
83-cü dəqiqədə isə Emirhan Topçunun ötürməsini dəf etmək üçün hərəkətə keçən Con Duran komandasını irəli çıxarıb.
Hazırda “sari-lacivərdlər” 25 xalla turnir cədvəlində 2-ci, “qartallar” isə 17 xalla 6-cı yerdədirlər. Turnir cədvəlinə 29 xalla “Qalatasaray” başçılıq edir.























































