Xəbər Lenti
Bugün, 07:57
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Dünən, 07:01
Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
21-01-2026, 11:31
Arslan Məhərrəmlinin beynəlxalq uğuru: Azərbaycanın elmi zəfəri Orlandodan dünyaya
21-01-2026, 11:17
Səma ilə yüksələn idarəçilik nümunəsi – “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev
21-01-2026, 10:56
İnvaziv Kardioloq Dr. Samir Abbasov – Elmi bilik, peşəkarlıq və insan sağlamlığına həsr olunmuş ömür
21-01-2026, 10:32
Qod Semyonoviç Nisanov – Azərbaycanlı vətənpərvər iş adamının uğur, xeyirxahlıq və dövlətə sədaqət salnaməsi
21-01-2026, 05:08
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
20-01-2026, 16:50
20 yanvar faciəsinə dünya miqyasında siyasi hüquqi qiymətin verilməsi Ulu Öndərimiz Heydər Əliyevin sayəsində olmuşdur-Könül Nəbizadə
20-01-2026, 16:12
Vətənpərvər iş adamı Fəxrəddin Bəşirov: “20 Yanvar – Qanla yazılan tarix, sönməyən azadlıq məşəli”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “20 Yanvar – Qanla yazılmış şərəf və qürur salnaməsi”
20-01-2026, 12:51
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “20 Yanvar – Qanlı gecə və azadlıq yolu”
20-01-2026, 10:45
Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək
Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi ilə birlikdə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda həmçinin deyilir:
2026-cı ilin fevral ayında Bakı şəhərində Birinci Türkoloji Qurultayın təşkilinin 100 ili tamam olur.
Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.
Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi etmişdir. Türk respublikaları arasında yeni əlifbanın ilk kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılması isə hələ XIX əsrdən etibarən burada mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları ardıcıl mübarizənin nəticəsi idi.
Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçməsinin qarşısı az sonra bolşevik rejiminin və sovet totalitar idarə üsulunun yaratdığı maneələrlə sərt formada alınmış, qurultay nümayəndələrinin böyük əksəriyyəti 1930-cu illər repressiyasına məruz qalmış, bununla da türkologiyanın inkişafına olduqca ağır zərbə vurulmuşdur. Yalnız ötən əsrin sonlarında əldə etdikləri milli müstəqillik türk xalqlarının mənəvi dirçəliş yollarını işıqlandırmış, mühüm problemlər sırasında latın qrafikalı ümumtürk əlifbasının tətbiqini bir daha aktuallaşdırmışdır.
Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılmışdır. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.























































