Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
“Qarabağ” heç vaxt ispanlara qalib gələ bilməyib - Bu, 7-ci dueldir
Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik” (Bilbao) klubunun qonağı olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Ağdam təmsilçisinin İspaniya komandalarına qarşı keçirəcəyi 7-ci oyun olacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bundan əvvəl 6 dəfə prineylilərə qarşı çıxış edib.
“Qarabağ” bu görüşlərin heç birində qələbə qazana bilməyib.
Azərbaycan təmsilçisi ilk dəfə 2017/2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Madrid “Atletiko”suna qarşı iki görüşüb keçirib. Hər iki qarşılaşma heç-heçə bitib – 0:0,1:1.
“Qarabağ”ın ispanlarla növbəti dueli 2019/2020-ci il mövsümünə təsadüf edib. Bu dəfə Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Sevilya” ilə üz-üzə gəlib və həmin oyunların ikisində də ispanlara məğlub olub– 0:3, 0:2.
Qurban Qurbanovun yetirmələri 2020/2021 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Vilyareal”la qarşılaşıb. Ağdamlılar ilk matçda 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb. İkinci qarşılaşmada isə Azərbaycan klubunun bir neçə futbolçusu koronavirusa yoluxduğu üçün səfərə getməyib. Nəticədə UEFA təmsilçimizə 0:3 hesablı texniki məğlubiyyət verib.
Qeyd edək ki, bu gün “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.






















































