Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Yarım əsrə yaxın səhiyyəyə həsr olunan ömür: Əməkdar həkim Elmira Rəfailovanın peşə və vətənpərvərlik yolu
“Apple” yeni çipini təqdim etdi
ABŞ-nin “Apple Inc.” şirkəti yeni nəsil “M5” çipini təqdim edib. Şirkət bu çipi “iPad Pro” planşetlərinə, “Vision Pro” virtual reallıq eynəklərinə və 14 düymlük ekranlı “MacBook Pro” noutbuklarına inteqrasiya edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Apple”ın yaydığı məlumatda deyilir.
Bildirilib ki, “M5” çipi 3 nanometr proses texnologiyası əsasında hazırlanıb və on nüvəli qrafik prosessora malikdir. Hər bir nüvə süni intellekt üçün xüsusi sürətləndirici ilə təchiz olunub. Yeni çip əvvəlki nəsil “M4” ilə müqayisədə daha güclü mərkəzi prosessora sahibdir.
“Apple”ın məlumatına görə, “M5” çipinin süni intellekt tapşırıqları üçün maksimal hesablama gücü “M4” çipi ilə müqayisədə dörd dəfə yüksəkdir.
Yeni “iPad Pro”, “Vision Pro” və “MacBook Pro” modelləri üçün “M5” çipli cihazlara ilkin sifarişlər artıq açılıb. Satışlar oktyabrın 22-də başlayacaq.























































