Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Bu ölkədə ilk pilotsuz hava taksisi sınaqdan keçirildi
Çinin “EHang” şirkəti şəhərlərarası avtonom uçuşlar üçün nəzərdə tutulmuş yeni elektrik VT35 hava nəqliyyat vasitəsini təqdim edib. Xefeydə keçirilən təqdimatda iki nəfərlik aparat uğurla sınaqdan keçib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, VT35 215 km/saat sürətlə 201 km məsafə qət edə bilir, maksimum çəkisi 950 kq-dır.
Nəqliyyat vasitəsi şaquli və üfüqi uçuş imkanlarına malikdir, tandem qanad quruluşu və müxtəlif pervanə sistemləri ilə təchiz olunub.
Avtonom idarəetmə, sensor ekran, səs və toxunma ilə idarə sistemi, komfort salon və ekoloji təmiz mühərrik onun əsas xüsusiyyətlərindəndir.
Modelin sertifikatlaşdırılması 2025-ci ilin martında gözlənilir. “EHang” bu vasitə ilə Çində regional hava nəqliyyat şəbəkəsi qurmağı planlaşdırır.























































