Menu
Xəbər Lenti
Bu meyvə təbii antibiotikdir
10-10-2025, 06:11

Bu meyvə təbii antibiotikdir

“O, pis prezident idi”
10-10-2025, 05:50

“O, pis prezident idi”

Vinisiusun evi yandı
10-10-2025, 05:45

Vinisiusun evi yandı

12 Oktyabr 2025 11:59Manşet / Gündəm / Sosial

Şəhid leytenant Teymur Abbasovun anım günü məzun olduğu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında qeyd edilib.

 

Xezertv.info xəbər verir ki, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini ilə (ölümündən sonra) təltif edilən şəhid leytenant Teymur Abbasovun anım günü məzun olduğu S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında qeyd edilib.


Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Teymur Abbasov oktyabrın 12-də Hadrut istiqamətində şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub.


Məktəb rəhbərliyinin, şəhidin ailə üzvlərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.


Məktəbin direktoru İlqar Talıbov milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib. Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Teymur kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən İ.Talıbov əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.


Daha sonar məktəblilər təqdimatla çıxış edib, onların ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.


Sonda şəhid leytenant Teymur Abbasovun xanımı Abbasova Sonaxanım Rəsulzadeh, gimnaziyanın məzunu Tural Abbaslı qardaşının xatirəsinin ənənəvi olaraq yad etdiklərinə görə məktəb rəhbərliyinə və çıxış edən şagirdlərə təşəkkürünü bildirib.


 

Mənbə: https://www.facebook.com/bakimektebleri.edu.az.238