Xəbər Lenti
Dünən, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
2-11-2026, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“İspaniya NATO-dan çıxarılsın”
ABŞ Prezidenti Donald Tramp İspaniyanın NATO-dan xaric edilməsini təklif edib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, finlandiyalı həmkarı Aleksandr Stubb ilə görüşdə deyib.
Buna səbəb İspaniyanın alyansda Trampın beş faiz müdafiə xərcləri tələbini yerinə yetirməməsidir.
“Biz Finlandiya və NATO ilə çox sıx əməkdaşlıq edirik. Bildiyiniz kimi, mən xahiş etmişdim ki, müdafiə xərcləri 2 faiz yox, 5 faiz olsun. İnsanların çoxu bunun olmayacağını düşünürdü, lakin bu, yekdilliklə qəbul edildi. Bizim bir geri çəkilənimiz var, bu da İspaniyadır. Onların bunu etməmək üçün heç bir bəhanəsi yoxdur. Bəlkə ən yaxşısı onları NATO-dan çıxarmaqdır”, - deyə Tramp əlavə edib.























































