Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Türkiyə prosesin icrasını yaxından izləyəcək”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə keçirilən və ABŞ-nin təşəbbüsü ilə Qəzzada müharibəyə son qoyulmasını hədəfləyən Sülh Planının icrasına dair toplantıda iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, görüşdən sonra XİN rəhbəri jurnalistlərə açıqlama verib.
H.Fidan bildirib ki, HƏMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşmasında Türkiyə mühüm vasitəçi rol oynayıb və bu istiqamətdə böyük səylər göstərib:
“İsrailin müharibəni yenidən gündəmə gətirmə ehtimalı var. Bu səbəbdən beynəlxalq ictimaiyyət hazır vəziyyətdədir. Türkiyə Qəzza üzrə yaradılacaq missiyada iştirak edəcək. Atəşkəs razılaşmasından sonra böyük bir ümid pəncərəsi açılıb. Qəzzada ilkin mərhələdə dörd əsas hədəf müəyyən edilib və Türkiyə bu prosesin icrasını yaxından izləyəcək”.
Nazirin sözlərinə görə, vasitəçilik missiyası Misir, Türkiyə və Qətərdən ibarət birgə komanda tərəfindən həyata keçiriləcək.
“Hər iki tərəflə – Fələstin və İsraillə danışıqlar aparılacaq. Razılaşmanın maddələrinin icrasında hər ölkə öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. Hazırda konkret tapşırıqlar müəyyənləşdirilməyib, lakin razılaşma icra olunduqca, yaranacaq problemlərə operativ həll tapmaq üçün bu komanda mərhələli şəkildə prosesə qoşulacaq”, – deyə Hakan Fidan vurğulayıb.























































