Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Sinəsini düşmən gülləsinə sipər edən şəhid qəhrəman Vidadi Nizami oğlu Zalov əbədiləşən xatirəsinə...
Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı tədbir keçirilib
“Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş möhtəşəm tədbir keçirildi”
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü təntənəli şəkildə qeyd olundu - FOTOLAR
Xezertv.info xəbər verir ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında əlamətdar tədbir keçirilib. Tədbirdə gimnaziyanın pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib.
Gimnaziyanın direktoru İlqar Talıbov tədbiri açaraq müəllimlərin cəmiyyətimizdəki rolundan, onların gələcəyin formalaşmasındakı əvəzsiz xidmətlərindən danışıb. O, qeyd edib ki, müəllimlik peşəsi dünyanın ən müqəddəs və məsuliyyətli peşələrindən biridir. Cəmiyyətin mənəvi dayağı olan müəllimlər öz bilikləri, fədakarlıqları və sədaqətləri ilə hər zaman hörmət və ehtirama layiqdirlər.
İlqar Talıbov çıxışında bildirib:"Övladlarımızın parlaq gələcəyini inşa edən çox əziz və çox dəyərli Müəllimlərimiz, Sizin hər birinizi 5 Oktyabr Müəllimlər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Sizlərə can sağlığı arzu edir, bu gözəl, ülvi və yorulmaz işinizdə yeni uğurlar diləyirəm."
Daha sonra çıxış edən digər natiqlər – təcrübəli pedaqoqlar, gənc müəllimlər və valideynlər də müəllimlik sənətinin ülviliyini vurğulayıb, müəllimlərə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Tədbirdə 2024–2025-ci tədris ilində təhsilinin inkişafında xüsusi xidmətləri olan və peşə fəaliyyətində fərqlənən bir qrup müəllim gimnaziyanın rəhbərliyi tərəfindən Təşəkkürnamə ilə təltif olunub. Təltif olunanlar arasında fənn müəllimləri, sinif rəhbərləri, həmçinin təhsil sahəsində uzunmüddətli fəaliyyəti ilə seçilən pedaqoqlar da olub.
Təbrik mərasimi zamanı gimnaziyanın şagirdləri müəllimlərinə həsr olunmuş şeirlər səsləndirib, musiqi nömrələri ilə çıxış ediblər. Şagirdlərin hazırladığı bədii kompozisiyalar tədbirə xüsusi rəng qatıb və müəllimlərin duyğularına dərin təsir edib.
İlqar Talıbov çıxışının sonunda vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan müəlliminin nüfuzu ildən-ilə daha da artır. Müasir dövrdə təhsilin inkişafı, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi üçün müəllimlərin rolu əvəzsizdir.
Tədbir sonda xatirə şəkillərinin çəkilməsi və təbriklər ilə yekunlaşıb.
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçirilən bu mərasim bir daha göstərdi ki, müəllimlərə hörmət və ehtiram cəmiyyətimizin dərin mənəvi dəyərlərinin ayrılmaz hissəsidir.
Bu günün qəhrəmanları – müəllimlər – ölkəmizin gələcəyinin memarlarıdır.
Onların zəhməti, səbr və fədakarlığı sayəsində Azərbaycan təhsili inkişaf edir, yeni nəsillər bilik, elm və milli dəyərlərlə silahlanaraq dövlətimizin gələcəyinə inamla addımlayır.
PS: 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimlərimizi səmimi qəlbdən təbrik edirik! Gələcəyimizin memarları olan sizlərə möhkəm can sağlığı, ailə səadəti və peşənizdə daim uğurlar arzulayırıq. Zəhmətiniz, fədakarlığınız və elmə sevginiz hər zaman uca tutulur.
Fərid Faiqoğlu
Xezertv.info-nun rəhbəri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
































































































