Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Bu ölkə miqrantlar üçün qaydaları sərtləşdirir
Böyük Britaniya miqrantlara daimi yaşayış hüququnun verilməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. Yeni təkliflərə əsasən, ərizəçilər cəmiyyət üçün dəyərli olduqlarını sübut etməli və ingilis dilini “yüksək səviyyədə” bilməlidirlər.
“Qafqazinfo”nun məlumatına görə, bunu Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud deyib.
Qeyd edilib ki, hazırda əksər miqrantlar Böyük Britaniyada beş il yaşadıqdan sonra daimi yaşayış statusu olan “müddətsiz qalmaq hüququ” üçün müraciət edə bilirlər.
“Sadəcə ölkədə müəyyən müddət yaşamaq kifayət deyil. Bu ölkədə yaşamaq hüququnu qazanmalısan”, - nazir əlavə edib.
Onun sözlərinə görə, yeni qaydalarla bağlı ictimai məsləhətləşmələr bu ilin sonuna planlaşdırılıb. Bu təşəbbüs hökumətin daimi yaşayış hüququnun verilməsində indiki beşillik müddətin əvəzinə 10 illik baza tətbiq etmək niyyətinə əsaslanır.
Mahmud qeyd edib ki, Böyük Britaniyada on ildən çox yaşayan bəzi şəxslər belə, əgər yeni meyarlara cavab verməsələr, daimi yaşayış hüququndan məhrum edilə bilərlər.
Nazir onu da vurğulayıb ki, Avropadan kiçik qayıqlarla on minlərlə insanın ölkəyə gəlməsini dayandırmaq üçün lazım gələrsə, qeyri-populyar qərarlar qəbul etməyə hazırdır.
Qeyd edək ki, immiqrasiya uzun müddətdir Böyük Britaniya seçiciləri üçün əsas prioritetlərdən biri sayılır. 2016-cı ildə keçirilən Brexit referendumunda da miqrant axınının qarşısını almaq əsas səbəblərdən biri olmuşdu. Lakin Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ölkəyə miqrasiya axını rekord səviyyəyə çatıb.























































