Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
İdman zallarında qəfil infarkt bu səbəblərlə bağlıdır
“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur:
“Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.
İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.
Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.
R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:
- İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).
- Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.
- İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.
- Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.
Deputatın sözlərinə görə, nəticə etibarilə idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Ona görə də sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır.
Qeyd edək ki, bu gün Əməkdar artist Cabir İmanov idman zalında qəfil ürəktutmadan vəfat edib.






















































