Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

16 Sentyabr 2025 08:36Manşet / Kriminal

Qohum evindən 60 min oğurlayıb - Özünə maşın aldı

 

Sabirabadın Moranlı kəndindəki fərdi yaşayış evlərinin birindən içərisində külli miqdarda pul olan seyf və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Kənd sakini Araz Qarayev qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 500 manat və 12 000 ABŞ dolları (20 400 manat) olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev vəsaitin bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.