Menu
Xəbər Lenti
İsrail atəşkəsi pozdu
17-04-2026, 11:01

İsrail atəşkəsi pozdu

Polis silah-sursat götürdü
13-04-2026, 11:33

Polis silah-sursat götürdü

14 yolda tıxac var - Siyahı
13-04-2026, 11:07

14 yolda tıxac var - Siyahı

12 Sentyabr 2025 10:47Manşet / Sosial

“Müəllimlər bir neçə şagirdlə işləyir, digərləri kənarda qalır”

 

“Son 4 il ərzində 400 məktəbdə 17 min 300-dən çox dərs dinlənilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub: “Hər 10 dərsdən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə ediblər. Müəllimlər adətən öyrənmə bacarığı yuxarı olan bir neçə şagirdlə işləyir, digərləri diqqətdən kənarda qalır. Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir. Müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişin izləmir”.

E.Əliyev həmçinin qeyd edib ki, hər 10 dərsdən 7-də formativ qiymətləndirmə düzgün aparılmır: “Müəllimlərin formativ qiymətləndirmənin mahiyyəti barədə anlayışları məhduddur. Çox hallarda formativ qiymətləndirmə məktəbli kitabçasında səviyyə və ya qiymət yazmaq kimi anlaşılır. Qiymətləndirmələr meyarlara uyğun aparılmır”.

O əlavə edib ki, müəllimlər qiymətləndirmənin üsul və vasitələrindən istifadə edərək şagirdlərin irəliləyişini izləmir: “Nəticədə şagirdlərin çətinlik çəkdiyi məqamlar müəyyənləşdirilmir. Şagirdlərə əsasən fərdi rəy verilmir və ya verilən rəylər şagirdlərə faydalı olmur”. 

Gülnar Əliyeva