Menu
Xəbər Lenti
Mahmud Quluzadə vəfat etdi
21-08-2025, 10:06

Mahmud Quluzadə vəfat etdi

25 Avqust 2025 19:42Manşet / Gündəm

Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov: “Mehriban Əliyeva çağdaş Azərbaycan təhsilinin himəyadarı”

Azərbaycan Respublikasının inkişaf yolunda ən mühüm istiqamətlərdən biri təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşdırılmasıdır. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu prosesdə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi çoxsaylı layihələr, maddi-texniki bazanın möhkəmləndirilməsi və gənclərə yaradılan imkanlar müstəsna əhəmiyyət daşıyır.


Məhz Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə Azərbaycan təhsili yeni bir mərhələyə qədəm qoyub. Onun fəaliyyəti nəticəsində yüzlərlə məktəb binası yenidən qurulub, regionlarda yeni təhsil ocaqları istifadəyə verilib, minlərlə şagird müasir şəraitdə təhsil almaq imkanı əldə edib. Bu, sadəcə infrastrukturun yenilənməsi deyil, həm də gələcək nəsillərin bilik və bacarıqlarının artırılmasına, müasir dünyada rəqabət aparmaq gücünə sahib olmasına verilən dəstəkdir.


 

Təhsil hər bir millətin gələcəyinin təminatıdır. Bu gün dünyada gedən qlobal dəyişikliklər fonunda Azərbaycanın öz təhsil sistemini yeniləməsi, informasiya texnologiyalarının tətbiqini genişləndirməsi və tədrisin keyfiyyətinə xüsusi diqqət yetirməsi bir zərurət idi. Mehriban Əliyeva bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edərək, həm dövlət səviyyəsində, həm də Heydər Əliyev Fondunun fəaliyyəti çərçivəsində saysız-hesabsız layihələrə imza atmışdır. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, regionlarda məktəb tikintisi layihələri, təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsi kimi addımlar ölkənin gələcəyinə verilən ən böyük töhfələrdəndir.


Məktəblərdə müasir şəraitin yaradılması müəllimlərin peşəkarlığının artırılmasına, şagirdlərin isə daha keyfiyyətli bilik əldə etməsinə səbəb olur. Bu gün Azərbaycan məktəblisi dünya təhsil məkanına inteqrasiya etmək imkanına malikdirsə, burada Mehriban Əliyevanın fədakar əməyi və dəstəyi danılmazdır.


Mehriban xanımın təhsilə diqqəti təkcə məktəblərin tikintisi və yenilənməsi ilə məhdudlaşmır. Onun təşəbbüsləri nəticəsində minlərlə tələbə təhsil layihələrinə cəlb olunmuş, müxtəlif proqramlar vasitəsilə gənclərə dəstək göstərilmişdir. Xüsusilə kənd yerlərində yaşayan uşaqların müasir məktəblərdə oxuması üçün görülən işlər gənclərin həyatında böyük dönüş yaratmışdır. Çünki təhsil imkanlarının bərabərliyi hər bir ölkənin sosial ədalətinin əsas göstəricilərindən biridir.


Təhsil həm də mədəniyyətin, milli kimliyin qorunmasının əsas dayağıdır. Mehriban Əliyeva bu məqamı xüsusi ön planda saxlayaraq, həm milli-mənəvi dəyərlərə əsaslanan, həm də müasir dünya standartlarına uyğun təhsil sisteminin qurulmasına çalışır. Onun həyata keçirdiyi layihələr nəticəsində həm Azərbaycan dilinin, ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilmiş, həm də xarici dillərin öyrənilməsi üçün geniş imkanlar yaradılmışdır. Bu isə müasir dövrdə gənclərin həm milli kimliyini qorumasına, həm də dünyaya inteqrasiya olunmasına şərait yaradır.


Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də Mehriban xanımın diqqəti hiss olunur. Müəllim nüfuzunun yüksəlməsi, onların iş şəraitinin yaxşılaşdırılması, təhsildə yeni metodların tətbiqi müəllim-şagird münasibətlərinə müsbət təsir göstərir. Təhsildə uğurların əsas açarı məhz müəllimlərdir və onlara olan qayğı dövlətin gələcəyinə edilən ən böyük sərmayədir.


Səhiyyə və sosial sahələrdə olduğu kimi, təhsil sahəsində də Mehriban Əliyeva daim humanizm prinsiplərini əsas tutmuşdur. O, hər zaman uşaqların, gənclərin savadlı və sağlam böyüməsini, hər bir vətəndaşın müasir təhsil almaq imkanına malik olmasını dəstəkləmişdir. Bu, həm də onun məsuliyyətli dövlət xadimi və qayğıkeş ana kimi simasının təzahürüdür.


Mehriban xanımın təhsilə göstərdiyi diqqət yalnız Azərbaycanın daxilində deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilmişdir. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizin təhsil sahəsində nüfuzunu artırmış, Azərbaycanın müasir və dinamik inkişaf edən dövlət kimi təqdim olunmasına şərait yaratmışdır.


Azərbaycan məktəblisi bu gün yalnız bilik deyil, həm də vətənpərvərlik ruhunda tərbiyə alır. Qarabağın azad olunmasında iştirak edən minlərlə gəncin təhsil aldığı müasir məktəblər məhz Mehriban xanımın böyük əməyi vardır. Bu baxımdan onun təhsilə qayğısı təkcə elmli gənclərin yetişməsi deyil, həm də vətənini sevən, dövlətinə sadiq nəsillərin formalaşması üçün zəmin yaratmışdır.


Mehriban Əliyeva çağdaş Azərbaycan təhsilinin himayədarı olaraq hər bir müəllim və şagird üçün böyük stimul mənbəyidir. Onun fəaliyyəti göstərir ki, təhsil bir millətin gələcəyini müəyyən edən ən mühüm sahədir və bu sahəyə edilən sərmayə heç vaxt itmir. Əksinə, bu sərmayə dövlətin gələcəyinə, xalqın xoşbəxt sabahına yönəlmiş ən böyük investisiyadır.


26 avqust tarixində Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın doğum günü tamam olur. Bu münasibətlə Bakı şəhəri 14 nömrəli tam orta məktəbin direktoru Rəfail Hüseynov və məktəbin kollektivi Mehriban xanımı səmimi qəlbdən təbrik edirlər.


Mehriban xanım, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətimizə, xalqımıza göstərdiyiniz xidmətlərdə yeni-yeni nailiyyətlər arzulayırıq. Sizin təhsilə olan diqqətiniz, gələcək nəslin bilikli və vətənpərvər yetişməsinə verdiyiniz töhfələr hər birimiz üçün böyük dəyər daşıyır. Doğum gününüz mübarək, Mehriban xanım!


 

Fərid Faiqoğlu (Səfərov)

AJB-nin üzvü