Binəqədi rayonu 28 May Qəsəbə sakinləri ADY QSC ev tikəndə pul aldılar, sökəndə niyə haqqımızı vermirlər.
“AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək - Fotolar
TALEH QARAŞOVDAN MİLLİ QƏHRƏMAN PƏNCƏLİ TEYMUROVUN ANASINA YÜKSƏK EHTİRAM VƏ DİQQƏT
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
DYP avtomobillərin sənədləşdirilməsi üzrə müfəttiş polis mayoru Eldar İbrahimov – “ Peşəkarlığın və səmimiyyətin vəhdəti”
Müasir dövrdə yol hərəkəti təhlükəsizliyinin təmin olunması, avtomobillərin düzgün sənədləşdirilməsi və vətəndaşlara xidmətin keyfiyyətlə göstərilməsi dövlətimizin prioritet sahələrindən biridir. Bu işdə əsas yük Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) əməkdaşlarının üzərinə düşür. Onların arasında işinə məsuliyyətlə yanaşan, vətəndaşların rəğbətini qazanan, peşəkar fəaliyyətinə görə həm rəhbərliyin, həm də ictimaiyyətin etimadını doğruldan şəxslər çoxdur. Belə peşəkar əməkdaşlardan biri də DYP avtomobillərin sənədləşdirilməsi üzrə müfəttiş, polis mayoru Eldar İbrahimovdur.
Polis mayoru Eldar İbrahimov illərdir ki, avtomobillərin qeydiyyata alınması, texniki baxışdan keçirilməsi və sənədləşdirilməsi sahəsində fəaliyyət göstərir. Onun işi sırf texniki görünsə də, burada vətəndaşlarla ünsiyyət, onların müraciətlərinə həssas yanaşma, qanunvericiliyin tələblərinə ciddi əməl etmə mühüm rol oynayır. Eldar müəllim məhz bu keyfiyyətləri ilə seçilir. O, hər bir müraciətə diqqətlə yanaşır, vətəndaşların suallarını səbrlə cavablandırır, işini qaydalar çərçivəsində, eyni zamanda insan amilini önə çəkərək həyata keçirir.
Avtomobillərin sənədləşdirilməsi prosesi çox zaman mürəkkəb və vaxt tələb edən iş kimi görünür. Bu sahədə qaydalara riayət etmək, qanunvericiliyin bütün tələblərini nəzərə almaq vacibdir. Eldar İbrahimov hər zaman qanunçuluq prinsipinə sadiq qalıb. Onun fəaliyyətində şəffaflıq və obyektivlik əsas meyarlardır. O, vətəndaşların hüquqlarını qorumaqla yanaşı, dövlətin maraqlarını da hər zaman ön planda tutur.
DYP əməkdaşından gözlənilən ən vacib xüsusiyyətlərdən biri də vətəndaşlara yüksək xidmət göstərməkdir. Eldar İbrahimov işində məhz bu amili əsas tutur. O, vətəndaşların vaxtını itirmədən, işlərini asanlaşdırmaq üçün bütün bilik və təcrübəsini səfərbər edir. Müraciət edən hər kəsin sənədləri vaxtında və düzgün şəkildə rəsmiləşdirilir. Bununla da, o, həm vətəndaş məmnuniyyətinə nail olur, həm də DYP əməkdaşına olan etimadı gücləndirir.
Eldar İbrahimov yalnız peşəkar müfəttiş kimi deyil, həm də dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaş kimi tanınır. O, daim Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili siyasəti dəstəkləyir, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşa xidmət prinsiplərinin tətbiqinə öz töhfəsini verir. Onun xidmət yolu gənc əməkdaşlara nümunədir.
Eldar İbrahimovun fəaliyyətində diqqət çəkən məqamlardan biri də şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşmasıdır. O, hər zaman onların müraciətlərinə həssaslıq göstərir, imkan daxilində işlərini asanlaşdırır. Bu, onun şəxsi insani keyfiyyətlərindən irəli gəlir. Dövlətimizin qəhrəman övladlarının ailələrinə hörmət və ehtiram göstərmək Eldar müəllim üçün həm vətəndaşlıq borcu, həm də mənəvi məsuliyyətdir.
Eldar İbrahimov işlədiyi kollektivdə də hörmət və nüfuz qazanmış əməkdaşdır. Onun peşəkarlığı, səmimiyyəti və insanlarla düzgün münasibəti həm rəhbərlik, həm də həmkarları tərəfindən yüksək qiymətləndirilir. Gənc əməkdaşlar üçün o, bir məktəb rolunu oynayır. Eldar müəllim öz təcrübəsini bölüşərək onların işə daha peşəkar yanaşmasına kömək edir.
Bu gün Azərbaycan polisi öz peşəkarlığı, intizamı və dövlətə sədaqəti ilə xalqın etimadını doğruldur. Polis mayoru Eldar İbrahimov da həmin etimadlı simalardan biridir. O, işinə göstərdiyi ciddi yanaşma, vətəndaşlara göstərdiyi səmimiyyət, qanunçuluğa olan sədaqəti ilə nümunəvi yol polis əməkdaşı kimi tanınır. Onun fəaliyyətində həm peşəkarlıq, həm də insani keyfiyyətlər qabarıq şəkildə özünü göstərir. Eldar İbrahimov haqlı olaraq “İşinin peşəkarı” adını daşıyır.
Şamil Cəfər
AYB və AJB-nin üzvü























































