İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Mobil Aşurov: “Mehriban Əliyeva-Zəka, Zəriflik və Ziyalılığın Simvolu”
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Arif qızı Əliyeva müasir dövlət idarəçiliyində və ölkənin ictimai-siyasi həyatında xüsusi yerə malik olan nüfuzlu şəxsiyyətdir. Onun çoxşaxəli fəaliyyəti, dövlətə və xalqa xidmət mövqeyi, zəngin mənəvi dünyası və humanist dəyərlərə sadiqliyi onu təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınan və rəğbətlə qarşılanan bir liderə çevirmişdir.
Mehriban xanım Əliyeva Azərbaycanın sosial, mədəni və siyasi həyatında mühüm dönüşlərin baş verdiyi bir dövrdə fəal ictimai xadim kimi tanınmağa başlamışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif sahələrində – təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və tarixi irsin qorunması istiqamətində həyata keçirdiyi layihələrlə ölkənin inkişafında mühüm rol oynayır. Fondun fəaliyyəti Azərbaycanın regionlarında da böyük dəyişikliklərə səbəb olmuş, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etmişdir.
Mehriban xanım Əliyevanın Birinci Vitse-Prezident kimi fəaliyyəti isə onun dövlət idarəçiliyindəki əzmkarlığını, səmərəliliyini və məsuliyyətli mövqeyini bir daha ortaya qoymuşdur. Xalqla birbaşa təmasa üstünlük verməsi, vətəndaşların müraciətlərinə həssas yanaşması, sosial məsələlərin həllində prinsipial mövqe nümayiş etdirməsi onun fəaliyyətini fərqləndirən əsas cəhətlərdəndir. O, dövlətin sosial siyasətində insan amilini mərkəzə çəkərək, xüsusilə şəhid ailələri, qazilər, aztəminatlı və qayğıya ehtiyacı olan təbəqələrlə bağlı mühüm təşəbbüslərə imza atır.
Mehriban xanım Əliyevanın fəaliyyəti, eyni zamanda Azərbaycan qadınının müasir, zəkalı, ziyalı və dövlətə bağlı obrazını formalaşdırır. O, ailə dəyərlərinə sadiqliyi, həyat yoldaşı və ana kimi nümunəvi davranışı ilə cəmiyyətimizdə qadınların roluna dair yeni yanaşmalar yaradır. Onun həm dövlət xadimi, həm də ictimai lider kimi harmonik fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir və xalq tərəfindən dərin rəğbətlə qarşılanır.
Mehriban xanım Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsində də mühüm rol oynayır. Xarici ölkələrdə keçirdiyi görüşlər, mədəniyyətimizin, tariximizin və dəyərlərimizin tanıdılması istiqamətində apardığı işlər, Azərbaycanla digər dövlətlər arasında humanitar körpülərin qurulmasına səbəb olmuşdur. O, dünyada Azərbaycanı mərhəmətli, humanist və tolerant bir ölkə kimi təqdim edən aparıcı simalardan biridir.
26 avqust – Mehriban xanım Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə onu ürəkdən təbrik edirik! Mehriban xanımın dövlətə, xalqa və vətənə göstərdiyi misilsiz xidmətlər daim yüksək dəyərləndirilir və onun şəxsiyyəti hər bir Azərbaycan vətəndaşı üçün nümunə sayılır.
Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına yönəlmiş ali missiyanızda yeni-yeni uğurlar arzulayırıq!
Doğum gününüz mübarək, Mehriban xanım!
Xalq sizi sevir, sizə inanır və sizinlə qürur duyur!





















































