Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə və onların valideynlərinə müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli abituriyentlər və valideynlər,
Ali təhsil müəssisələrinə qəbul nəticələri hər kəsin gözləntilərinə tam uyğun gəlməyə bilər. Bəziləriniz tələbə adını qazanmağın sevincini yaşayır, digərləri isə hələ bu arzusuna nail olmayıb. Lakin hər iki halda vacib olan gələcəyə ümidlə baxmaq, düzgün qərarlar vermək və məqsədyönlü şəkildə irəliləməkdir.
Təhsil və peşə seçimi həyatın ən mühüm qərarlarından biridir. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına növbəti il daha ciddi hazırlaşaraq istədikləri nəticəni əldə edə bilərlər.
Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.
Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir".























































