Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Şanxayda nadir əməliyyat - Qopmuş başını yerinə bərpa etdilər
Şanxayda həkimlər istehsalat qəzası zamanı ağır zədələnən bir şəxsin həyatını xilas etmək üçün nadir əməliyyat həyata keçirib.
“Qafqazinfo” “Global Times” portalına istinadən xəbər verir ki, sözügedən şəxs iş prosesi zamanı robot mexanizm tərəfindən boynundan güclü zərbə alıb.
Zədə nəticəsində həmin şəxsin boyun fəqərələri ciddi şəkildə qopur və demək olar ki, onun başının bədənindən ayrılması mənasına gələn hal yaranır. Bunun ardınca, kişi işçi iflic olub və ürəyi dayanıb.
Bütün bunlara baxmayaraq, Şanxay xəstəxanalarından birinə çatdırılan şəxsin həyatını xilas etmək mümkün olub. 3 saat davam edən əməliyyat zamanı həkimlər yaranmış hematomanı aradan qaldırıb, ayrılmış fəqərələri bərpa edib və xüsusi fiksator yerləşdiriblər.
Xəstənin vəziyyətinin isə yaxşı olduğu vurğulanıb.
























































