Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Bakı Avrasiya Universiteti 21 ixtisas üzrə tələbə qəbulu elan edir
Bakı Avrasiya Universiteti (BAAU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsində 21 ixtisas üzrə tələbə qəbulu elan edib.
“Qafqazinfo” xəbər verir ki, universitet əmək bazarının tələblərinə uyğun formalaşdırılmış geniş ixtisas spektri ilə abituriyentlərə seçim imkanı təqdim edir.
Təqdim olunan ixtisaslar humanitar, ictimai və texniki sahələri əhatə edir. Onların arasında Dövlət və bələdiyyə idarəetməsi, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi, Filologiya, Tərcümə, Regionşünaslıq, Sosial iş, İqtisadiyyat, Maliyyə, Menecment, Marketinq, Turizm işinin təşkili, İnformasiya texnologiyaları və digər ixtisaslar yer alır.
Beynəlxalq münasibətlər və Biznesin idarə edilməsi ixtisasları üzrə Azərbaycan bölməsi ilə yanaşı ingilis bölməsi də fəaliyyət göstərir. İngilis bölməsində müsabiqə Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün birgə aparılır. Tədrisi ingilis dilində olan ixtisaslara qəbul olan tələbələr ingilis dilində tədrisə hazır olmadıqları halda, birinci tədris ili müddətində dərslərini Azərbaycan dilində keçir, eyni zamanda ingilis dilini öyrənirlər və ikinci tədris ilindən bütün fənlər ingilis dilində aparılır.
Müsabiqənin ilk mərhələsində 500 və daha yüksək bal toplayıb Bakı Avrasiya Universitetini seçən tələbələr birinci tədris ilində təhsil haqqından tam azad olunurlar, 400-499 bal toplayanlara isə birinci tədris ilində təhsil haqqının 30%-i məbləğində güzəşt edilir.
Universitetdə tədris müasir yanaşmalar əsasında qurulub, tələbələrə nəzəri biliklərlə yanaşı, praktik bacarıqlar da aşılanır. Təhsil prosesinə yerli və xarici təcrübəyə malik mütəxəssislər cəlb olunub, ixtisaslar üzrə fənlərin tədrisi interaktiv metodlarla həyata keçirilir.
BAAU-da tələbələrə beynəlxalq proqramlarda iştirak, xarici universitetlərlə mübadilə imkanları, təqaüd proqramları və peşəkar inkişaf üçün müxtəlif platformalar da təqdim olunur.
Qəbul planı və ixtisaslar üzrə keçid balları ilə universitetin sosial media səhifələrində tanış olmaq mümkündür.



























































