“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradovadan müqəddəs “Qurban” bayramı təbriki
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanovadan müqəddəs “Qurban” bayramı təbriki
ATU-nun təşəbbüskarı olduğu Zəfər festivalı 30-dan artıq ali təhsil müəssisəsinin 900-dən çox iştirakçısını bir araya gətirib
Yol infrastrukturunda məsuliyyət və peşəkarlıq nümunəsi – Cəlilabad Rayon 46 Saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov
Millət vəkili Pərvanə Vəliyeva Bakı Neft-Energetika Kollecində tələbələrlə görüş keçirdi
Xalqına bağlı vətənpərvər iş adamı – “Ekskluziv Elektrik” şirkətinin rəhbəri Elşən İsmayılov
Polşada keçirilən Avropa çempionatında Azərbaycan hapkidoçularından böyük uğur – 4 medal qazanıldı
İsmayıl Zalov beynəlxalq media görüşündə: Azərbaycanın hüquqi sistemi, demokratik inkişafı və insan hüquqları ilə bağlı suallara ətraflı cavablar
“Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən - Astarada bir ağsaqqal yaşayır...
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparacaq
2025/2026-cı tədris ili üçün Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
Ayrılmış 1095 plan yerindən 955-i Azərbaycan bölməsi (əyani), 100-ü ingilis bölməsi (əyani), 40-ı isə qiyabi təhsil forması üçün nəzərdə tutulub. Bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür.
8 ixtisas üzrə kadr hazırlığı Azərbaycan dili ilə yanaşı ingilis dilində də həyata keçirilir. Bunlar I qrupda İnformasiya təhlükəsizliyi, II qrupda Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Mühasibat, Marketinq, Turizm işinin təşkili, III qrupda isə Sosial iş ixtisasıdır. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
III ixtisas qrupunda yer alan Sosial iş ixtisasının tədris planı beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR - Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb. Bu, həm Azərbaycan Universitetinin, həm də ölkədə “Sosial iş” ixtisasının tarixində bir ilkdir.
Bu ixtisas qrupunda yer alan “Korreksiyaedici təlim” ixtisasının adı bu ildən “Xüsusi pedaqogika” ilə əvəzlənib.
Tələbələrə qəbulolma formasından asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd almaq imkanı yaradılıb. Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına təqaüd ala bilirlər. 2025-ci ildə Azərbaycan Universitetinin bakalavriat səviyyəsi üzrə 396, magistratura səviyyəsi üzrə isə 43 olmaqla 439 tələbəsinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüdlərin aylıq məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
Universitetə ən yüksək balla qəbul olan tələbə bu il də Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü alacaq. 2016-cı ildə təsis olunan təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
Bundan əlavə sentyabr ayından başlayaraq “Ulduz Tələbə” layihəsi əsasında hər fakültə üzrə bir nəfər olmaqla Münsiflər Heyəti tərəfindən seçiləcək tələbələrə “Ulduz Tələbə” təqaüdü veriləcək. Layihənin məqsədi akademik biliyi, sosial fəallığı, şəxsi inkişafı ilə fərqlənən çalışqan və istedadlı tələbələri kəşf etmək, onların uğurlarını geniş ictimaiyyətə təqdim etməkdir. Layihə bakalavriat tələbələrinə şamil olunur. “Ulduz Tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq seçiləcək və seçildikləri semestr müddətində hər ay 100 manat təqaüd alacaqlar.
Tələbələrə mübadilə proqramları və universitetlərarası müqavilə çərçivəsində xaricdə təhsil və akademik təcrübə imkanları yaradılır. Yüksək göstəricilərlə oxuyanlara ixtisas diplomu ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatı verilir.
Keçidə daxil olaraq daha ətraflı məlumat əldə etmək və bakalavriat səviyyəsinə tələbə qəbulu planı ilə tanış olmaq mümkündür:























































