Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
“Agro Dairy”də taxıl biçini mövsümü rekord göstəricilərlə yekunlaşıb
Ölkənin aparıcı aqrar sənaye şirkətlərindən olan “Agro Dairy” 2025-ci il üzrə taxıl biçini mövsümünün əsas mərhələsini yüksək nəticələrlə yekunlaşdırdığını elan edib.
“Qafqazinfo” xəbər verir ki, cari mövsümdə şirkətin bitkiçilik təsərrüfatı məhsuldarlıq və keyfiyyət göstəriciləri baxımından fəaliyyət tarixinin ən yüksək nəticələrinə imza atıb.
Belə ki, 55 min tondan artıq yerli buğdanın emalı ilə “Agro Dairy” ölkədə ərzaqlıq buğda istehsalı üzrə yeni bir rekord müəyyənləşdirib.
Məlumat üçün qeyd edək ki, cari ildə “Agro Dairy” şirkətinin təsərrüfat sahələridən bugünədək ümumilikdə 82.3 min ton yüksək keyfiyyətli buğda və arpa istehsal olunub ki, bu həcmin də əsas hissəsi Hacıqabul və Tovuz təsərrüfatlarının payına düşür.
Məhsuldarlıq göstəriciləri xüsusilə pivot suvarma texnologiyasının tətbiq olunduğu sahələrdə yüksək nəticələrlə fərqlənib. Hacıqabul təsərrüfatında 497 hektar ərazidə buğda üzrə məhsuldarlıq 7.8 ton/ha səviyyəsinə çatıb. Bu da öz növbəsində, region üzrə ən yüksək nəticələrdən biri hesab olunur. Tovuz təsərrüfatında isə 1649 hektar sahədə 7.5 ton/ha məhsuldarlıqla yeni regional rekord müəyyən edilib.
Şirkətin baş icraçı direktoru Niyazi Əmirbəyov qeyd edib ki, yüksək göstəricilər “Agro Dairy”nin 10 ildən artıq müddətdə həyata keçirdiyi məqsədyönlü strategiyanın, peşəkar idarəetmənin və sistemli fəaliyyətinin nəticəsidir:
“Bu nailiyyətlər şirkətin inkişaf yolunun başlanğıcıdır və əldə olunan nəticələrdə dövlətin aqrar sahəyə verdiyi dəstəyin, xüsusilə də ərzaqlıq buğda proqramı çərçivəsində tətbiq olunan məhsul subsidiyalarının mühüm rolu var. Sözügedən subsidiyalar fermerləri və iri təsərrüfatları müasir aqrotexniki yanaşmaları tətbiq etməyə, yüksək reproduksiyalı toxumlarla məhsuldarlığı artırmağa və keyfiyyətli ərzaqlıq buğda istehsalına təşviq edir. Bu mexanizmlər sayəsində “Agro Dairy” həm istehsal imkanlarını genişləndirə, həm də ölkədə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə strateji töhfə verə bilib”.
Qarabağ bölgəsindəki dəmyə əkin sahələrində bu il ilk dəfə olaraq əhəmiyyətli nailiyyətlər müşahidə olunub. Ümumilikdə buğda və arpa sahələrindən 18 min tondan artıq məhsul tədarük edilib ki, bu da bölgə üçün parlaq nəticə kimi qiymətləndirilir.
Statistik rəqəmlər şirkətin geniş əkin sahələrində indiyədək əldə etdiyi ən yüksək məhsuldarlıq səviyyəsini əks etdirməklə, “Agro Dairy”nin tarixində həyata keçirilmiş ən uğurlu biçin kampaniyası kimi yadda qalıb.
Qeyd edək ki, şirkətin təsərrüfatlarında dövlət dəstəyi ilə müasir suvarma texnologiyalarının tətbiqi istiqamətində işlər ardıcıl və sistemli şəkildə davam etdirilir. Pivot, damcılı və çiləmə sistemləri su resurslarının düzgün idarə olunmasına və məhsuldarlığın artmasına şərait yaradır. Cari ildə yalnız pivot suvarma ilə əhatə olunmuş 10.317 hektar sahədən 69.054 ton məhsul istehsal edilməsi bu yanaşmanın real təsir gücünü təsdiqləyir.
“Agro Dairy”nin bitkiçilik üzrə icraçı direktoru Ramil Məmmədovun sözlərinə görə, mövsüm ərzində qeydə alınan məhsuldarlıq göstəriciləri müasir aqrotexniki yanaşmaların və suvarma texnologiyalarının effektivliyini aydın şəkildə nümayiş etdirir və şirkət bu modeli daha geniş əkin sahələrinə tətbiq etməyi hədəfləyir.
Dörd əsas biznes istiqaməti üzrə fəaliyyət göstərən “Agro Dairy” şirkəti 14 ixtisaslaşmış müəssisəni birləşdirən və “torpaqdan süfrəyə” qədər bütün dəyər zəncirini əhatə edən inteqrasiya olunmuş modeli ilə ölkədə ərzaq təhlükəsizliyinə və aqrar sahənin davamlı inkişafına strateji töhfə verir. Sertifikatlı toxum, keyfiyyətli məhsul və yüksək məhsuldarlıq prinsipləri ilə tanınan şirkət fermerlərin etibarlı tərəfdaşı və bazarın aparıcı iştirakçılarından biri kimi tanınır.
Ətraflı məlumat üçün: agrodairy.az

























































