Xəbər Lenti
Bugün, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Haqqında yayılan xəbərlərə belə reaksiya verdi
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib.
“Qafqazinfo”nun əməkdaşı sabiq nazirə son vaxtlar onunla bağlı mediada yayılan məlumatlar və hazırkı işləri barədə sual verib.
Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib: “Heç nə, yaşayıram”.
Xatırladaq ki, bir neçə gün əvvəl “Day.az” informasiya portalında yer alan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə toxunulub. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə ciddi zərbələr endirilib və Əbülfəs Qarayev də digər bir neçə məmur kimi vəzifədən kənarlaşdırılıb.
Sail Ağasəlim























































