İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə nədənsə zərərçəkmiş kimi tanındığı məhkəmədə iştirak etməkdə maraqlı deyil.
“Qafqazinfo”nun məlumatına görə, iş adamının laqeydliyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ardıcıl bir neçə iclası yarımçıq qoyub.
İş adamı iddia edir ki, müğənni Elarizin kürəkəni kimi tanınan 33 yaşlı birjaçı Nizami Alışan onun 1 milyon 300 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.
Amma aldanan tək o, deyil. Babək kimi daha iki biznesmen də cinayət işində zərərçəkmiş kimi tanınıb. Bunlardan biri Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digəri isə iş adamı Yadigar İsrafilovdur. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib.
Əvvəlcə gəlir əldə olunsa da, daha sonra qoyulan vəsaitlər batıb. Babək, Zeynal və Yadigar birləşib pullarının itməsində birbaşa Nizamini günahlandırıblar. O isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş adlandırılan şəxslər bu prosesdə könüllü iştirak ediblər və yalnız son anda ziyana düşəndə onu ələ veriblər.
Bugünkü iclasda Nizami yenə sinif yoldaşı Babəkdən söz açıb. Həbsini məhz onun təşkil etdiyini deyib. Təqsirləndirilən şəxsin dedikləri məhkəmə zalında vatsap yazışmalarına baxılarkən təsdiqini tapıb. Yazışmalardan görünür ki, Babək söhbət etmək üçün Nizamini öz ofisinə çağırıb. Birlikdə söhbət etdikləri vaxt da polis əməliyyat keçirib. Cinayət işində epizodların sayı kifayət qədər çox olmasa da, çoxsaylı qaranlıq məqamlar olduğu diqqət çəkir.
.jpg)
Prosesin irəliləməsində ən ciddi əngəllərdən biri zərərçəkmiş Babək Məmmədzadənin davamlı olaraq məhkəmə çağırışlarına məhəl qoymamasıdır. Baxmayaraq ki, külli miqdarda pul itirən biri kimi bütün işin hərtərəfli araşdırılmasında elə özü maraqlı olmalıdır. Artıq üçüncü dəfədir ki, o, hakimin çağırışlarına gəlmir.
Xanım hakim bu gün ona vəkili vasitəsilə son xəbərdarlığını göndərib. Növbəti dəfə məhkəməyə gəlməyəcəyi halda məhkəmə məcburi gətirilmə üçün polisə müraciət edəcək. Onun iştirakı təmin edilənə qədər proses təxirə salınıb.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir.
Sail Ağasəlim





















































