Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
Həmin xəstəxananın direktoru İmran Qurbanov oldu
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq Əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, ötən həftə “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub.
Bundan əvvəl Qusar RMX-də pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Belə ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyevanın (Kamil Hacıyevin həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verdiyi bildirilirdi.
Həmçinin bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilib.























































