“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Ceyranı bişirib uşaqlarımla yedik”
Şirvan Milli Parkında “Qırmızı kitab”a düşən ceyranı ovlayan şəxslər məhkəmədə mühakimə ediliblər.
“Qafqazinfo”nun məlumatına görə, bu ilin qış aylarında həbs edilən həmyerlilərin cəzası məlum olub.
Neftçala rayon sakinləri E.Əsgərov və S.Qasımov park ərazisinə daxil olaraq 3-4 yaş aralığında olan bir ceyranı vurublar. Nəticədə təbiətə 1650 manat zərər dəyib. Hər iki şəxs qrup halında qanunsuz ov etməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər ikisi də məhkəmədə səhvlərini etiraf ediblər. S.Qasımov ifadəsində deyib ki, əslində əraziyə quş ovlamaq məqsədilə gediblər. Oranın qoruq ərazi olduğunu isə sonradan öyrəniblər: “Ceyranı tüfənglə E.Əsgərov vurdu. Mən həmin vaxt maşında oturmuşdum. Kisədə nəsə gətirdi. Soruşanda dedi ki, ceyran vurmuşam. Sonra ceyranı kəsib yarı böldü. Özümə düşən payı evə aparıb 4 uşağımla və digər ailə üzvlərimlə birgə bişirib yedik”.

E.Əsgərov isə hakimə deyib ki, ovladığı ceyranı atasından qorxduğu üçün evə apara bilməyib. Artıq həm də hüquq-mühafizə orqanlarının da işdən məlumatlı olduğunu öyrəndiyi üçün əti Kür çayına atıb.
Təqsirləndirilən şəxslər yekunda peşman olduqlarını dilə gətiriblər, azyaşlı övladlarının olduğunu nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan yüngül cəza istəyiblər.
Zərərçəkmiş qismində tanınmış Şirvan Milli Parkının nümayəndəsi isə digər şəxslərə nümunə olsun deyə təqsirləndirilən şəxslərin qanunauyğun cəzalandırılmasını xahiş edib.
Məhkəmə yekunda müttəhimlərin ilk dəfə cinayət törətmələrini və ailə vəziyyətlərini nəzərə alaraq onlara yüngül cəza təyin edib. E.Əsgərov və S.Qasımova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaqla nəzarət) cəzası verilib.
Sail Ağasəlim























































