Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun doğum günü – İnsan haqları mübarizəsinin örnək siması...

Bu gün cəmiyyətimizin unudulmaz şəxsiyyətlərindən biri, insan hüquqlarının cəsur müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elşad Həmidovun doğum günüdür. Əgər sağ olsaydı, Elşad müəllim bu gün 58 yaşını qeyd edəcəkdi. Təəssüf ki, həyat yolunu erkən tamamladı, lakin onun mübarizəsi, prinsipləri və qoyub getdiyi iz cəmiyyətimizin hüquq və ədalət uğrunda apardığı mübarizədə daim yaşayacaq.
Elşad Həmidovun adı ölkəmizdə hüquqi savadlılığın artırılması, hüquqsuzluğa qarşı sivil mübarizənin təşkili və ən əsası, işgəncə hallarına qarşı ciddi mübarizə ilə yadda qalıb. O, yalnız hüquq müdafiəçisi deyildi – o, həm də vətəndaş cəmiyyətinin formalaşmasında əvəzsiz rol oynayan bir vətəndaş idi. Çətin və bəzən riskli şəraitdə belə, o, heç vaxt prinsipindən geri çəkilmədi, haqsızlıqla barışmadı, insan hüquqlarının qorunmasını özünün mənəvi borcu saydı.
Elşad müəllim bir çox insanın hüquqlarının bərpası, işgəncəyə məruz qalan vətəndaşların səsinə səs verməsi ilə yadda qalıb. Onun rəhbərlik etdiyi komitə yüzlərlə insanın ümid yeri olub. Hüquq mübarizəsində göstərdiyi fəaliyyət yerli və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. O, eyni zamanda jurnalistikanın da gücündən istifadə edərək hüquqi maarifləndirmə işinə böyük töhfələr verib.
Elşad Həmidovun itkisi, təbii ki, təkcə ailəsi və yaxınları üçün deyil, bütün cəmiyyət üçün ağır və sarsıdıcı olub. Onun ən yaxınlarından biri, bacısı – Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Mərhəmət" jurnalının və "Merhemet.TV" internet televiziyasının rəhbəri Gülnara Həmidova bu gün də qardaşının yolunu davam etdirir. O, mərhumun ideyalarını yaşadır, insan hüquqları və sosial ədalət uğrunda fəaliyyət göstərir.
Bu əlamətdar gündə, mərhum hüquq müdafiəçisinin ailəsinə və xüsusilə də bacısı Gülnara xanıma səbir diləyirik. Elşad müəllimin mənəvi irsi, onun səsi-sorağı unudulmur – hüquqsuzluğa qarşı mübarizə aparan hər bir vicdanlı vətəndaş onun adını ehtiramla yad edir.
Ruhu şad olsun! O, bu torpağın ədalət axtaran, vicdanlı və mübariz insanlarından biri idi. Cəmiyyət onun xatirəsini daim hörmət və minnətlə yad edəcək. Yaşasaydı, 58-ci baharını yaşayacaqdı... Amma onun adı insan haqları tarixində əbədi yaşayacaq.
Fərid Faiqoğlu
AJB-nin üzvü






















































