Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Azərbaycan Universiteti DİM-in sərgisində təmsil olunacaq
Azərbaycan Universiteti 30 iyul - 1 avqust 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə mərkəzin elektron imtahanlar korpusunda keçiriləcək ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.
Azərbaycan Universitetinin stendi 4-cü mərtəbədə olacaq. Stendə yaxınlaşan ziyarətçilər Azərbaycan Universitetinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbul aparılan ixtisaslar, keçid balları, maddi-texniki baza, tələbələr üçün yaradılan imkanlar, beynəlxalq əlaqələr və bu kimi digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Sərgidə, həmçinin Azərbaycan Universiteti haqqında təqdimat da nümayiş olunacaq. Təqdimatlar korpusun 3-cü mərtəbəsində bunun üçün ayrlmış xüsusi otaqda hər gün saat 11.00-da başlayacaq və 50 dəqiqə davam edəcək.
Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər.
Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir. https://portal.dim.gov.az/sergi/
Qeyd edək ki, sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək. Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin iştirakı gözlənilir.
























































