“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Səhv etməkdən qorxurduq” - “Şelburn”un baş məşqçisi
İrlandiyanın “Şelburn” klubunun baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”a Dublində uduzduqları məğlubiyyəti (0:3) şərh edib.
“Qafqazinfo” “The Irish Sun”a istinadən xəbər verir ki, 39 yaşlı məşqçi Ağdam klubuna məğlubiyyətin səbəblərindən danışarkən, ilk hissədə səhv etməkdən qorxduqlarını deyib:
“Hadisələrin yekununa görə məyus oldum. Hansısa məqamda hər şey nəzarətimizdən çıxdı. Düşünürəm ki, ikinci hissədə daha yaxşı idik, amma hesabı bərabərləşdirə bilmədik. “Qarabağ”ın hansı sürətlə oynayacağını bilirdik. Çünki “Qarabağ” bu səviyyədə oynamağa öyrəşib. Onların sürəti, ötürmələri - hər şey ən yüksək səviyyədədir. Bununla belə, ilk hissədə çox hörmətlə yanaşdıq. Mənə elə gəldi ki, səhv etməkdən qorxurduq. Fasilədə sxemi dəyişdik, öndə daha fəal oynamağa başladıq, bir neçə şans yaratdıq. Düşünürdüm ki, geridönüş etmək üçün yaxşı vəziyyətdəyik, lakin buna nail olmadıq. Bunun əvəzinə arxada boşluq buraxdıq ki, bu səviyyədə edə bilməzsiniz”.























































